Adolf Fredrik (, ; ) — 1751–1771-ci illərdə İsveç kralı.

Həyatı Adolf Fredrik 14 may 1710-cu ildə Şlezviq şəhərində anadan olmuşdur. O, Holşteyn-Qottorp sülaləsindən idi. Fredrik 16 sentyabr 1727-ci ildə Lübek knyaz-yepiskopu olmuşdur. O, 18 iyun 1739-cu ildən Holşteyn-Qottorp hökmdarı idi. 1741–1743-cü illərdə Rusiya ilə müharibədə İsveçin məğlubiyyətindən sonra rusları razı salmaq məqsədilə 23 iyun 1743-cü ildə imperatriça Yelizaveta Petrovna Riksdaq tərəfindən İsveç taxtının varisi seçilmişdir. Adolf Fredrik 1751-ci ildə taxta çıxmışdır. O, II Fridrixin bacısı Luiza Ulrika Prussiyalı ilə evlənmişdir. Adolf Fredrik Rusiya imperatoru III Pyotrun əmisi, İsveç kralları III Qustav və XIII Karlın atasıdır. O, 12 fevral 1771-ci ildə, 60 yaşında Stokholm şəhərində vəfat etmişdir.В. В. Рогинский. А́ДОЛЬФ ФРЕ́ДРИК

İstinadlar

Əlavə ədəbiyyat

Nordisk familjebok. B. 9. Stockholm, 1908. Svenskt biografiskt handlexikon. Stockholm, 1906.

Kateqoriya:İsveç kralları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri