Kosmas Damian Azam (; ) — Almaniya heykəltaraşı, rəssamı və memarı. O, əsasən dekorator və heykəltaraş olan qardaşı Egid Kvirin Azamla birlikdə işləmişdir.

Həyatı Kosmas Damian Azam 28 sentyabr 1686-cı ildə anadan olmuşdur. O, 1711–1713-cü illərdə Romada İtaliya rəssamı Karlo Marattadan təhsil almışdır. Azam Barokko və Rokoko dövründə Cənubi Almaniyanın tavan rəngkarlığının baş ustası idi. O, qismən qardaşı ilə birlikdə Brüxzal, Etlingen qalalarının və Vayqarten monastırının dizaynı üzərində işləmişdir. O, 1713-cü ildə "Müqəddəs Pionun möcüzəsi" rəsm əsərinə görə "Akademiya" mükafatını almışdır. Azam 10 may 1739-cu ildə, 52 yaşında Münhen şəhərində vəfat etmişdir.

İstinadlar

Əlavə ədəbiyyat Erika Hanfstaengl: Die Brüder Cosmas Damian und Egid Quirin Asam (Deutsche Lande — Deutsche Kunst). München/Berlin 1955 Wilhelm Schmidt: Asam, Kosmas Damian. In: Allgemeine Deutsche Biographie (ADB). Т. 1, Duncker & Humblot, Leipzig 1875, с. 616 f.

Kateqoriya:Barokko rəssamları Kateqoriya:XVIII əsr rəssamları Kateqoriya:Almaniya rəssamları Kateqoriya:Barokko memarları Kateqoriya:Almaniya memarları