Arkas İdman Kişi Voleybol Komandası, 2001-ci ildə qurulan və İzmirdə fəaliyyət göstərən Arkas İdman Klubunun voleybol komandası. Başçısı Lucien Arkas, voleybol şöbə məsulu Bernard Arkasdır. Rəngləri göy, mavi və ağdır. Kişilər Türkiyə 1. Liqasında mübarizə etməkdədir. Liqa matçlarını 5000 azarkeş tutumuna malik Karşıyaka İdman Salonunda oynamaqdadır.

Tarixçə Körfəz İdman Klubu, 2001-ci ildə Saint Cozef İdman Klubu, 2003-cü ildə isə Arkas Saint Cozef adını aldı. 2005-ci ildə edilən ümumi yığıncaqda klubun adı Arkas İdman Klubu olaraq dəyişdirildi. Əsl fəaliyyət sahəsi voleybol olan klub, ayrıca yelkən və briç budaqlarında da fəaliyyət göstərir. Klubun Türkiyə 1. Liqasında mübarizə edən kişi komanda yanında Türkiyə 3. Liqasında mübarizə edən qadın və yenə Türkiyə 2. Liqasında mübarizə edən digər bir kişi voleybol komandası var.

Türkiyə mübarizə edən Arkas, 2002-2003 mövsümünü yeddinci, 2003-2004 mövsümünü səkkizinci, 2004-2005 mövsümünü üçüncü sırada bitirdi. 2005-2006 ilində isə ilk dəfə Türkiyə 1. Liqası çempionluğuna çatdı. 2006-2007 mövsümündə də çempion olan Arkas, 2007-2008 mövsümündə liqası üçüncü olaraq bitirdi. 2009-cu ildə ilk dəfə Türkiyə Kubokunu qazanan klub, eyni il böyük bir müvəffəqiyyətə imza ataraq Avropa Çelenc Kubokunda çempionluğa çatdı. Bu çempionluq Türk klublarının kişilərdə qazandığı ilk Avropa çempionluğu oldu.

Müvəffəqiyyətləri Türkiyə Kuboku 2009- Qalib

Türkiyə Liqası 2006- Qalib 2007- Qalib

Avropa Çelenc kuboku 2009- Qalib

Xarici keçidlər Rəsmi Sayt

Kateqoriya:Türkiyə voleybol klubları Kateqoriya:Əlifba sırasına görə voleybol klubları Kateqoriya:İzmirdə idman Kateqoriya:2001-ci ildə Türkiyədə yarananlar