Tarix, insan və cəmiyyət — Azərbaycanda nəşr olunan elmi-nəzəri və elmi-metodik jurnal.

Haqqında "Tarix, insan və cəmiyyət" elmi-nəzəri, elmi-metodik jurnalı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 16 aprel 2005-ci il tarixdə qeydə alınmış (№ 1279), 2005-ci ildən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda nəşr edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 2011-ci ildən tarix, tarixin tədrisi metodikası, 2015-ci ildən psixologiya və pedaqogika, 2017-ci ildən siyasi elmlər, antropologiya elmi istiqamətləri üzrə də "Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısı"na daxil edilmişdir.

2016-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin təsisçiliyi ilə nəşr edilir.

Redaksiya heyəti Tarix üzrə elmlər doktoru, professor Cəfər Cəfərov (baş redaktor)

Fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov

AMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru, professor Bəxtiyar Əliyev

AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru, professor Urxan Ələkbərov

AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor Yaqub Mahmudov

AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Əliyev

Fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov

Tarix elmləri doktoru, professor Abbas Seyidov (baş redaktorun müavini)

Tarix elmləri doktoru, professor İradə Hüseynova

Tarix elmləri doktoru, professor Oqtay Sultanov

Tarix elmləri doktoru, professor Anar İsgəndərov

Psixologiya elmləri doktoru, professor Ramiz Əliyev

Pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov

Pedaqoji elmlər doktoru, professor Rüfət Hüseynzadə

Sevinc Quliyeva (məsul katib)

Xarici keçidlər Jurnalın pdf versiyası

İstinadlar

Kateqoriya:Azərbaycan jurnalları Kateqoriya:Azərbaycan dilində jurnallar Kateqoriya:Elmi jurnallar