Slak Kakosyan (; ) — Ermənistan ilahiyyatçısı, keşişi, etanizm neopaqan hərəkatının lideri.Յուլյա Անտոնյան, «Արորդիների ուխտ»` նեոհեթանոսությունը Հայաստանում , Հայաստանի կրոնները՝ religions.am կայքից Антонян Юлия Юрьевна, "ВОССОЗДАНИЕ" РЕЛИГИИ: НЕОЯЗЫЧЕСТВО В АРМЕНИИ, Laboratorium - Журнал социальных исследований № 1, 2010, стр.103–128.

Həyatı Slak Kakosyan 25 yanvar 1936-cı ildə Ermənistan SSR-in paytaxtı İrəvan şəhərində anadan olmuşdur. Onun nəsli Taron vilayətindən Slkunyats sülaləsindən gəlirdi. Kakosyan 1961-ci ildə erməni dilinin saflığını qorumaq məqsədi daşıyan "Mesrop Maştots" tələbə təşkilatını yaratmışdır. 1964-cü ildə sovet hakimiyyəti onu Sibirə deportasiya etmişdir. Kakosyan İrəvan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. O, uzun illər Qaxsu kəndində erməni dili və ədəbiyyatı müəllimi, sonra İrəvanın müxtəlif universitetlərində müəllim işləmişdir. Kakosyan 1979-cu ildə sovet davranışına tabe olmadığı üçün ölkədən deportasiya edilmiş və ABŞ-da köçmüşdür. Burada o, Qaregin Njdenin həyat və yaradıcılığını öyrənmiş və "tsağakronizm" ideologiyasını qəbul etmişdir. Kakosyan 1988-ci ildə Ermənistana qayıtmışdır. O, 1990-cı ildə "etanizm" erməni neopaqan hərəkatı üçün bir icma yaratmışdır. Bu icma elə həmin il dövlət qeydiyyatına alınmışdır. Kakosyanın əsas əsəri "Saziş kitabı"dır. O, 24 avqust 2005-ci ildə vəfat etmişdir.Ուխտագիրք արորդյաց, Արորդիների ուխտ, Լուսակն, 2005, 528 էջ։Անմիջական ընթերցման համար՝ Ուխտագիրք ։

Əsərləri "Saziş kitabı" "Ararat mifologiyası" “Erməni dili parlamenti” "Nitq" və s.

İstinadlar

Kateqoriya:Ermənistan teoloqları