Sərvət Sami Dədəcay() — Kipr türkü, akademik və pedaqoq. O, 1976, 1981 və 1985-ci illərdə Şimali Kiprdə keçirilən prezident seçkilərində müstəqil prezidentliyə namizəd kimi iştirak edib.
Bioqrafiyası İbtidai və orta təhsilini Larnakadakı Amerika Akademiyasında bitirmişdir. 1960-1968-ci illərdə Paris Universitetinin Hüquq fakültəsində Kriminologiya və Penologiya şöbəsində doktorluq dərəcəsi almışdır. Kipr Cümhuriyyətinin Konstitusiya dövründə Türk komissiyasının rəhbəri Nihat Erimin şəxsi katibi olarkən qərəzsiz İsveçrə Komissiyasında tərcüməçi işləyib. 1968-72-ci illərdə Atatürk Universitetində mütəxəssis vəzifəsində çalışıb. Kiprə qayıtdıqdan sonra öz vəsaiti ilə Lefkoşa Özəl Türk Universitetini qurur. O, Kipr mədəniyyətinə dair iyirmidən çox kitab yazmışdır. Kipr türk qadınları və ümumilikdə Kipr coğrafiyası üzərində işləmişdir.
Bəzi mənbələrə görə, Dədəçay Kipr türkləri arasında doktorluq dərəcəsi alan ilk qadındır. O, həmçinin 1976, 1981 və 1985-ci illərdə Kipr prezidentliyinə namizədliyini irəli sürmüşdür. İstinadlar
Xarici keçidlər
Prof. Hasgüler’den tarihe ışık; ”Servet Sami Dedeçay”: kibrissondakika.com: 26 Ocak 2015.