Sahil Alahverdovi () və ya Sahil Allahverdiyev () — Azərbaycan əsilli Gürcüstan boksçusu. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı.
Karyerası 5-ci sinifdə oxuyarkən boksla məşğul olmağa başlayıb. Boksçu kimi yetişməsində məşqçisi Füzuli Ələkbərovun böyük rolu olub.
2013-cü ildə tələbələr arasında, 2014 və 2015 illərdə isə gənclər arasında Gürcüstan çempionu olub.
2015-ci ildə Lvov şəhərində keçirilmiş yeniyetmələr arasında Avropa çempionatında 46 kq çəki dərəcəsində qalib olub. 2016-cı ildə Anapa şəhərində keçirilmiş gənclər arasında Avropa çempionatında gümüş, 2017-ci ildə Antalya şəhərində keçirilmiş gənclər arasında Avropa çempionatında isə qızıl medal qazanıb.
2019-cu ildə Minsk şəhərində keçirilmiş II Avropa Oyunlarında gümüş medal qazanıb.
2021-ci ildə Belqradda keçirilmiş dünya çempionatının yarımfinalında Tayland təmsilçisi Vuttiçay Yuraçaya məğlub olaraq, bürünc medalla kifayətlənib.
2022-ci ilin may ayında Yerevanda keçirilmiş Avropa çempionatında ardıcıl olaraq Ermənistan, Polşa və Bolqarıstan idmançılarına qalib qələrək qızıl medala sahib çıxıb. İyun ayında verdiyi müsahibədə Ermənistanda qazandığı qələbənin onun üçün xüsusi önəm daşıdığını, bununla ermənilərə azərbaycanlıların Ermənistanda da qalib olduqlarını göstərdiyini bildirib.
İstinadlar
Xarici keçidlər Olympedia.org saytında profili The-sports.org saytında profili
Kateqoriya:Gürcüstan boksçuları Kateqoriya:2019 Avropa Oyunlarında gümüş medal qazananlar Kateqoriya:Gürcüstan azərbaycanlıları Kateqoriya:Boks üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:2023 Avropa Oyunlarında boksçular Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında boksçular Kateqoriya:Boks üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Boks üzrə Avropa çempionları Kateqoriya:2019 Avropa Oyunlarında boksçular Kateqoriya:Boks üzrə Avropa Oyunları medalçıları