London ( [ˈlʌndən], ) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, həmçinin İngiltərənin paytaxtı. Britaniya adalarında ən böyük şəhər. Sahəsi 1 706,8 km², əhalisi 8 milyon nəfərdir. Əhalisinin sayına görə dünyada 21-ci, Avropada 2-ci yeri tutur.
Əsası eramızın 43-cü ilində imperator Klavdinin rəhbərliyi ilə Roma İmperiyası qoşunlarının Britaniya adalarını ələ keçirməsindən sonra qoyulmuşdur.
Adı London təqribən 2 min il öncə Romalılar tərəfindən qurulmuşdur. E.ə. 43-cü ildə Roma İmperatorluğu Böyük Britaniyanı işğal etdikdən sonra şəhər Londonium adı ilə qurulmuşdur. Bu sözün kökünü araşdıran dilçilər qərara gəlmişlər ki sözün kökü Axan çay deməkdir.
İqtisadiyyatı London dünyanın ən əhəmiyyətli biznes və maliyyə mərkəzlərindən biridir. Beynəlxalq turizmin kəsişmə nöqtəsidir. Dünyanın ən qalabalıq hava nəqliyyatı Londona malikdir. Burada 5 Beynəlxalq hava limanı Mövcuddur. Bunlardan ən böyüyü məşhur Hitroudur. Turizm baxımından tarixi əsərlər muzeylərdə sərgilənməkdədir. Mədəniyyətləri hələ 1000 il öncə dünyaya yayılmağa başlamışdır. Londona hər il dünyanın müxtəlif ərazilərindən turistlər gəlməkdədir. Bu da Londonun tarixi şəhər olduğunun sübutudur.
Qeyri-rəsmi adı İngilislər çox vaxt Londonu The Big Smoke (The Great Smog) adlandırırlar ki, mənası Nəhəng tüstü deməkdir. Bu da XIX–XX əsrlərdə Londonun sənaye müəssisələrinin tüstüsü ilə əlaqədardır.
İnzibati bölgüsü Londonun paytaxt kimi tarixi iki min ildir. O əvvəlcə Roma Britaniyasının, sonralar İngiltərə və Böyük Britaniya krallığının əsas şəhəri olub. Bütün ingilis və Britaniya kralları əsas etibarilə ölkəni Londondan idarə etmişlər. Hazırda da bütün hakimiyyət orqanları paytaxt Londonun Vestminster sahəsində yerləşir.
Mühafizəkar Boris Conson Londonun hazırkı meridir (5 may 2008-ci ildən). Əvvəlki mer leyborist Ken Livinqston iki müddətə bu vəzifəyə seçilmişdi. London Britaniya parlamentinin İcmalar palatasında 74 deputatla (44 leyborist, 21 mühafizəkar, 8 liberal-demokrat və 1 RESPECT partiyasının üzvü) təmsil olunmuşdur.
Şəhər çox mürəkkəb idarəetmə strukturuna, şəhər və bələdiyyə idarələrinə malikdir. Şəhər idarəsi — Böyük London Admnistrasiyası (, ixtisarla GLA) strateji layihələrin hazırlanmasına, şəhərin iqtisadi inkişafına, polisə, yanğın xidmətinə və nəqliyyata, bələdiyyələr isə yerli layihələrə, məktəb, sosial xidmətə cavabdehdir.
Böyük London Admnistrasiyası iki hissədən: icra hakimiyyətini yerinə yetirən merdən və onun səlahiyyətlərini məhdudlaşdırmaq, şəhər büdcəsini təsdiq etmək hüquqlarına malik olan London şəhər assambleyasından ibarətdir.
London boro () adlandırılan 32 bələdiyyə rayonunu və orta əsr idarəçilik ənənəsinə sadiq idarə strukturuna malik olan Sitini özündə birləşdirir. Siti dünyada beynəlxalq valyuta hesablaşmalarının ən böyük mərkəzlərindən biridir. Bu əməliyyatlar və əldə edilən gəlirlər sayəsində London inkişaf etmiş və dünyanın ən varlı şəhərlərindən birinə çevrilmişdir. Siti Vestminster Kensinqton və Çelsi Hammersmit və Fulhem Uandsvort Lambet Sautuork Tauer Hemlets Hekni İslinqton Kemden Brent İlinq Haunslou Riçmond Kinqston Merton Satton Kroydon Bromli Lyuişem Qrinviç Beksli Haverinq Barkinq və Daqenham Redbric Nyuhem Uolthem Forest Heringi Enfild Barnet Herrou Hillinqdon
İqlimi
Əhalisi Hələ eramızın 140-cı ilində Londonda 30 000, 1300-cü ildə 100 000 və 1801-ci ildə 1 milyon əhali yaşamışdır. 1825–1925-ci illərdə London dünyanın əhalisinə görə ən böyük şəhəri olmuşdur. 2001-ci il siyahıyaalmasına görə şəhərin əhalisi 7 172 091 nəfərdir.
Ənənəvi olaraq London müxtəlif din və mədəniyyətlərin qaynayıb-qarışdığı bir şəhərdir. XX əsrin əvvəllərində Londona irlandlar, polyaklar, italyanlar, şərqi Avropa yəhudiləri, eləcə də keçmiş müstəmləkə ölkələrindən (Hindistan, Pakistan, Şri-Lanka və Banqladeş) çox sayda mühacir gəlmişdir.
Din thumb|230px|right|Katolik Vestminster kafedralı thumb|200px|left|Protestant Müqəddəs Pavel kafedral kilsəsi thumb|200px|left|Mərkəzi London məscidi
2011-ci il siyahıya almasına görə"2011 Census, Key Statistics for Local Authorities in England and Wales" Ons.gov.uk. 11 December 2012. Retrieved 4 may 2013.:
48,4% Xristian 20,7% Ateist 12,4% Müsəlman 8,5% Naməlum 5,0% Hindu 1,8% Yəhudi 1,5% Sihx 1,0% Buddist 0,6% Digər dinlər
Xristianların əksəriyyəti Anqlikan kilsəsi () icmasına aiddirlər. Yepiskopun iqamətgahı baş kilsə sayılan Müqəddəs Pavel kafedral kilsəsidir ().
Vestminster kafedralı () İngiltərə və Uelsin baş katolik kilsəsi sayılır. İngiltərə kral evinin protestantlığı qəbul etməsindən sonra uzun əsrlər boyu Londonda katolik kilsəsi olmamışdır. XIX əsrdən etibarən yenidən katolik icması bərpa olunmuşdur. Digər xristian dini icmalarına Birləşmiş reformist kilsə, kvaker və ortodoks kilsəsi aiddir.
London əsasən Böyük Britaniyanın İslam mərkəzi sayılır. Böyük Britaniya müsəlmanlarının 38%-i, təxminən 1 milyon müsəlman Londonda yaşayır. Mərkəzi London məscidi () şəhərin ən böyük məscidi sayılır. müsəlmanların 62%-i qalan şəhərlərdə yaşayırlar.
Tarixi thumb|800px|center|Londonun panoramı. Klis Van Visher, 1616 thumb|230px|right|Temza çayı thumb|230px|left|Londonun planı, 1666 thumb|230px|right|Hayd-park Etnik cəhətdən Londonun əhalisi çoxmillətlidir. Qədim dövrlərdən burada məskən salmış brit tayfalarından əlavə, bu ərazidə irlandlar, müxtəlif millətli mühacirlər qrupu, habelə uelslilər və şotlandlar yaşayır. XIX əsrin sonlarında Londona yəhudilər, ardınca Aralıq dənizi sahili ölkələrindən, həmçinin Avstraliya və Çindən köçkünlər gəlməyə başladılar. 1950-ci ildə isə Hindistandan gələn çoxsaylı mühacirlər burada məskən saldılar.
London kosmopolit və çoxmillətli əhalisi olan şəhərdir. Sakinlərinin 3%-ni müsəlmanlar təşkil edən Londonun qədim və maraqlı tarixi var. E.ə. 43-cü ildə Britaniya adalarını işğal edən Roma İmperiyası qədim keltlərin yaşadığı indiki London ərazisində hərbi düşərgə salaraq bu yerə Londinium adını vermişdir. Romalıların ilk vaxtlar Temzanın şimal sahilində, körpünün yanında saldıqları balaca şəhərcik 142 hektar sahəni əhatə edirdi. Yüksək templə inkişaf edən London qısa zaman kəsiyində ölkənin böyük şəhərinə çevrildi. Lakin, 410-cu ildə Roma İmperiyasının süqutundan sonra London haqqında yalnız VII əsrə aid olan salnamələrdə verilən məlumatlara rast gəlmək olar. Bundan sonra da London şəhəri müxtəlif illərdə xarici qəsbkarlar tərəfindən dağıntılara məruz qalmışdır.
1616-cı ildə baş vermiş Böyük London yanğını nəticəsində 80 kilsə, o cümlədən Müqəddəs Pavel məbədi tamamilə yanıb kül olmuşdu. Bir neçə il ərzində yenidən tikilən London başqa görkəm aldı. 50 kilsə klassik üslubda tikildi, Müqəddəs Pavel məbədinin üstündə yeni günbəz ucaldıldı. 1707-ci ildə İngiltərə və Şotlandiya krallıqları birləşdikdən sonra London Böyük Britaniya Krallığının paytaxtı oldu. XIX əsrin birinci yarısında London daha da genişləndi. Bunun nəticəsində avtonəqliyyat, elektrik qatarları və yeni metro xətləri yarandı. 1919-cu ildən 1939-cu ilə kimi London ətraf şəhərlər hesabına beş dəfə böyüdü. İkinci dünya müharibəsi 300 min londonlunun ölümünə və şəhərdə çox sayda binanın dağılmasına səbəb oldu.
Paytaxt London thumb|200px|left|Vestminster sarayı thumb|220px|right|Vestminster abbatlığı thumb|200px|left|Trafalqar meydanı thumb|200px|leftright|Londonun suni peykdən çəkilmiş fotosu Britaniya krallığının mərkəzi sayılan London XIX əsrdən başlayaraq dünyanın müxtəlif ölkələrindən çoxsaylı insan axınına məruz qalsa da, şəhərdə o dövrdə yalnız iki və üç mərtəbəli binalar tikilirdi. XX əsrin əvvəlindən etibarən paytaxt əhalisinin sayının ildən-ilə artmasına baxmayaraq, şəhər yeni qaydalarla çətinliklə ayaqlaşırdı. İngilislər həmişə mühafizəkar olublar, indi də adət-ənənələrə hörmətlə yanaşırlar. Lakin, London sakinləri bəzən varlı şirkətlər qarşısında təslim olurdular. Keçən əsrin ortalarına qədər şəhərin hər bir nöqtəsindən öz hündürlüyü ilə nəzərləri cəlb edən, ser Kristofer Renin layihəsi üzrə tikilən məşhur Müqəddəs Pavel kilsəsi indi "Barbiken" göydələnləri arasında görünməz olub. Hazırda Londonda yeni inzibati binanın tikilməsinə razılıq almaq müşkül məsələdir. Yerli hakimiyyət orqanlarının qoyduğu məhdudiyyətlərə görə, paytaxt şəhərdə tikintinin aparılmasına çox ciddi nəzarət olunur və torpaq sahəsinə də sərt və kəskin limit qoyulub. Londonluların daha çox sevdiyi qədim tikililər və meydanlar — Vestminster sarayı, Vestminster abbatlığı, Trafalqar meydanı, Mell, Karlton Hauz-terras, bir çox yolların qovuşduğu Pikadilli meydanı, Lester meydanı, onları əhatəyə almış məşhur Hayd park və Recent park klassik memarlıq layihələri hesab edilir. Amma yuxarıda adı çəkilən yerlərdə qiymətlər baha olduğu üçün orada yaşayanların sayı çox azdır. Orta səviyyəli londonluların məskunlaşdığı kvartalları ötən əsrin əvvəllərində sıra ilə tikilmiş iki və üç mərtəbəli binalar təşkil edir. Kraliçanın yay iqamətgahı — Vindzor qəsri də bu ərazidə yerləşir. Yay aylarında burda turistlərin böyük axını başlayır.
Nəqliyyat thumb|200px|left|Hitrou Hava Limanı thumb|200px|right|Viktoriya thumb|200px|right|Vaterloo
Hava nəqliyyatı London 5 hava limanına malikdir. Hitrou Hava Limanı ( [ˈhiːθrəʊ]) — 4 terminala, illik 75 milyon sərnişin daşıma gücünə malikdir. (1930) Qetvik — Londondan 45 km cənubda yerləşir, 2 şimal və cənub terminallarına, illik 40 milyon sərnişin daşıma gücünə malikdir (1958) Stansted — Londondan 55 km şimalda, Esseks qraflığında yerləşir, əsasən Avropa istiqamətində uçuşlar həyata keçirilir. (1942) Luton — Londondan 50 km şimal-qərbdə yerləşir, əsasən Avropa istiqamətində uçuşlar həyata keçirilir. (16 iyul 1938) London siti — çarter biznes reyslərinə xidmət edir.(5 noyabr 1987)
Dəmir yolu Şəhər hələ XIX əsrdə tikilmiş bir neçə vağzala malikdir.
Vaterloo — cənub-qərb qraflığı istiqamətində hərəkət edən qatarlara xidmət edir. Viktoriya — ətraf qraflıqlar istiqamətində hərəkət edən qatarlara xidmət edir. Paddinqton — qərb qraflığı və Uels istiqamətlərində hərəkət edən qatarlara xidmət edir. Sent Pankras — Avropa istiqamətində hərəkət edən qatarlara xidmət edir. Kinqs Kross — Şotlandiya istiqamətində hərəkət edən qatarlara xidmət edir.
35px|
London metrosu London metrosu dünyanın ən qədim metrolarındandır. 1863-cü ildə metropoliten Railway (Dəmir yolu) adı ilə fəaliyyətə başlamışdır. Londonda metronun yaradılmasının əsas məqsədi həmin vaxtlarda at arabalarının şəhərdə meydana gətirdiyi sıxlığı aradan qaldırmaq idi. Düzəldilən yeni xətlərdə ən yeni texnologiya hesab olunan buxarlı qatarlardan istifadə olunmuşdur. Şəhərin bəzi yerlərində hələ də kömür dumanını atmaq məqsədilə yaradılmış havalandırmalar mövcuddur.
London metrosu yaradıldıqdan sonra İstanbulda tunel Nyu Yorkda və Madriddə bənzər metrolar yaradılmağa başladı. London metrosuna Underground (Yeraltı) deyilir. Ümumilikdə 274 stansiyası var. Metroda siqaretdən istifadə etmək ilk vaxtlar sərbəst olsa da hazırda bu davranışa görə sərt qadağalar tətbiq olunmaqdadır. London metrosu () dünyada ən qədim və nəhəng metrodur. Buxar lokomativi ilə işləyən İlk yeraltı dəmir yolu ( bugünkü Metropolitan Line) 10 yanvar 1863-cü ildə tikilib istifadəyə verilmişdir.
thumb|230px|right|London metrosunun sxemi (1-ci bölgə) Xətt Rəng Açılışı Tipi Uzunluğu km Dayanacaqlar İllik sərnişindaşınma (Millionla) Bakerloo Line Qəhvəyi 1906 Tunnel xətti 23,2 25 95,9 Central Line Qırmızı 1900 Tunnel xətti74,0 49 183,5 Circle Line Sarı 1884 Geniş profilli 22,5 27 68,4 District Line Yaşıl 1868 Geniş profilli 64,0 60 172,8 Hammersmith & City Line Açıq çəhrayı 1864 Geniş profilli 26,5 29 45,8 Jubilee Line Boz 1979 Tunnel xətti 36,2 27 127,5 Metropolitan Line Tünd çəhrayı 1863 Geniş profilli 66,4 34 53,6 Northern Line Qara 1890 Tunnel xətti 57,6 51 206,7 Piccadilly Line Göy 1906 Tunnel xətti 70,4 52 176,1 Victoria Line Mavi 1969 Tunnel xətti 22,5 16 161,3 Waterloo & City Line Zümrüd 1898 Tunnel xətti 2,4 2 9,6
Yol nəqliyyatı