Əsədulla Cəfərov (tam adı: Əsədulla Qüdrət oğlu Cəfərov) — Azərbaycan arxeoloqu, AMEA Arxeologiya və Antropologiya İnstitutunun "Daş dövrü arxeologiyası" şöbəsinin müdiri, tarix elmləri doktoru, professor.
Həyatı
Əsədulla Qüdrət oğlu Cəfərov 1949-cu il martın 14-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur.
1966-cı ildə C.Cabbarlı adına Ərkivan kənd orta məktəbini bitirib.
1966-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub, 1973-cü ildə oranı bitirib.
1968-1970-ci illərdə Azərbaycan Elmlər Akademiyası Geologiya İnstitutu H.Zərdabi adına Təbiət-tarix muzeyində işləyib. 1971-ci ildən Azərbaycan EA Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunda işləyib.
1973-1974-cü illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olub.
1975-ci il noyabrın 1-dən 1977-ci il noyabrın 1-dək SSRİ Elmlər Akademiyası Arxeologiya İnstitutunun Leninqrad bölməsində təcrübəçi-tədqiqatçı işləyib. 1977-ci ildə noyabrın 1-dən 1984-cü il yanvarın 9-dək Azərbaycan SSR EA Tarix İnstitutunda kiçik elmi işçi, 1984-cü il yanvarın 10-dan 1992-ci il dekabrın 1-dək baş elmi işçi, 1992-ci il dekabrın 1-dən 1994-cü il noyabrın 1-dək aparıcı elmi işçi, 1994-cü il noyabrın 1-dən isə Arxeologiya, Etnologiya və Antropologiya İnstitutunda Daş dövrü arxeologiyası şöbəsinin müdiri vəzifəsində işləyir.
1979-cu il iyunun 6-da SSR EA Arxeologiya İnstitutu Leninqrad bölməsinin Elmi Şurasında namizədlik dissertasiyanı müdafiə edib, tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1980-ci ildə “Azərbaycanın Mustye mədəniyyəti” monoqrafiyasına görə elm və texnika sahəsində respublika komsomolu mükafatı laureatı adını alıb.1992-ci ildə dekabrın 25-də Azərbaycan EA Tarix İnstitutunda Elmi Şurasında “Azərbaycanın orta paleoliti” adlı doktorluq dissertasiyasını müdafiə edib.
1999-cu ildə Masallı rayonu İcra Hakimiyyəti onu Tarix elminin inkişafındakı xidmətlərinə görə “Qələbə” fondunun mükafatına layiq görmüşdür.
2001-ci ildə Fransanın Totavel şəhərində keçirilən Beynəlxalq konfransda İNTAS-2000 proqramının Azərbaycan üzrə əlaqələndiricisi seçilmiş və qrant almışdır. 2001-ci il və 2003-cü illərdə Fransada Avropa alimləri ilə 3 ay birgə elmi tədqiqat işləri aparmış və Qarabağın qədim tarixinə aid elmi məruzələr etmişdir. 2002-ci ildə “Azərbaycanın 100 görkəmli alimi” adlı müsabiqənin qalibi olmuşdur.
2015-ci ildə Avropa Nəşr Mətbu Evi mükafat komissiyasının qərarı ilə milli-mənəvi dəyərlərimizin qorunmasında, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, Qarabağın qədim tarixinin, Azıx, Tağlar, Qazma paleolit düşərgələrinin arxeologiya elminin müasir tələbləri səviyyəsində tədqiqi sahəsində apardığım uğurlu elmi tədqiqatlarına, çoxsaylı elmi-publisistik kitablarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və ölkədə arxeologiya elminin inkişafı tarixində göstərdiyim xidmətlərə görə ən yaxşı vətənpərvər tədqiqatçı alim “Qızıl Medal” ilə təltif olunub.
2025-ci il martln 11-idə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin dəstəyi ilə London Beynəlxalq Kitab Sərgisinin açılış günündə Əsədulla Cəfərovun “Azıx mağarası - Azərbaycan ərazisində ən qədim yaşayış məskəni” kitabının təqdimat mərasimi keçirilmişdir.Londonda kitab təqdimatı keçirilib
“METAFİZİKA” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 14-cü sayından jurnalın “Tarix, Arxeologiya və Antropologiya” üzrə redaksiya heyətinin üzvüdür.
Əsərləri
Monoqrafiyaları Azərbaycanın mustye mədəniyyəti (Tağlar mağarasının materialları əsasında). Bakı: 1983. Quruçay dərəsində. Bakı: Azərnəşr, 1990. İnsanlığın səhəri. Bakı: 1994. Azərbaycanın orta paleoliti. Bakı: Elm, 1999. Azərbaycanın ilk sakinləri. Bakı: Elm, 2004. Azərbaycan arxeologiyası – Daş dövrü. I cild. Bakı: 2008. Qarabağın paleolit düşərgələri. Bakı: Elm, 2017. Qarabağ: ulu Vətənimiz. Bakı: 2019. Азыхская пещера – древнейшая стоянка первобытного человека на территории Азербайджана (həmmüəllif). Баку: 2021. Azykh Cave - the Oldest Prehistoric Site in Azerbaijan (həmmüəllif). Baku: 2024.AMEA-da Azıx mağarası haqqında ingilis dilində kitabın təqdimatı olub
Təltifləri Elm və texnika sahəsində respublika mükafatı laureatı, 1980. Masallı RİH “Qələbə” fondunun laureatı Beynəlxalq İNTAS – 2000 proqramının qrant laureatı. Brüssel 2001. Azərbaycanın 100 görkəmli alimi. Bakı: 2001 Avropa Nəşr mətbuat evi "ən yaxşı vətənpərvər tədqiqatçı alimi” qızıl medal, 2015.
İstinadlar
Xarici keçidlər Aygün Məmmədova, ARXEOLOQ ALİM ƏSƏDULLA CƏFƏROV: “MAĞARADAN ÇIXAN İNSAN BƏŞƏRİYYƏTİ FƏTH ETDİ”. History of Science Journal (ISSN 2790-0029) 2025, №5, sıra: 23. səh.232-238
Kateqoriya:Masallıda doğulanlar Kateqoriya:Ərkivanda doğulanlar Kateqoriya:Azərbaycan arxeoloqları Kateqoriya:Azərbaycan tarixçiləri Kateqoriya:AMEA-nın professorları Kateqoriya:Tarix elmləri doktorları Kateqoriya:AMEA Arxeologiya və Antropologiya İnstitutunun alimləri Kateqoriya:SSRİ arxeoloqları Kateqoriya:Azərbaycan professorları