Fərid Yusifli () — Azərbaycan Premyer Liqasında çıxış edən Turan Tovuz klubunun yarımmüdafiəçisi.

Karyerası

Neftçi Neftçinin heyətində ilk matçına 20 sentyabr 2020-ci ildə keçirilən Qarabağ-Neftçi matçının 90+2-ci dəqiqəsində çıxıb. Matç Neftçinin 1–2 hesablı qələbəsi ilə başa çatıb. Neftçidə ilk dəfə 90 dəqiqə meydanda 9 aprel 2022-ci ildə keçirilən Şamaxı-Neftçi matçında qalıb. Matç Neftçinin 1–2 hesablı qələbəsi ilə başa çatıb.

2024-cü ilin avqustunda "Neftçi" ilə olan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib və futbolçu klubdan ayrılıb. Yusifli bundan sonra 2020–2024-cü il sezonunda icarə əsasında oynadığı Turan Tovuz klubu ilə 3 illik müqavilə imzalayıb.

Uğurları

Klub Neftçi Azərbaycan Premyer Liqası Qalib (1): 2020/21

İstinadlar

Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycanlı futbolçular Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Turan Tovuz PFK futbolçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri