Sofiya Şarlotta ( bəzi mənbələrdə Sofi Şarlotta) Braunşveyq və Lüneburq hersoginyası olub. 30 noyabr 1668-ci ildə Bad-İburqda Sofi fon der Pflaz və Ernst Avqustun yeganə qızı olaraq anadan olmuşdur. 1701-ci ildə Prussiya krallığının ilk kraliçası olmuşdur. Sofiya Şarlotta fransız, ingilis və italyan dillərini mükəmməl bilirdi və Qotfrid Leybnitslə yaxın dost idi. 1705-ci il fevralın 1-də kraliça 36 yaşında boğaz infeksiyasından ölmüşdür.

İstinadlar Kateqoriya:Hohensollernlər Kateqoriya:Aşağı Saksoniya şəxsləri Kateqoriya:Braunşveyq-Lüneburq hersoqluğu Kateqoriya:XVIII əsr monarxları Kateqoriya:Almaniya bəstəkarları Kateqoriya:Braunşveyq-Lüneburq şəxsləri