Melvin Ellis Kalvin () — 1961-ci ildə Kalvin dövrünü kəşf etməklə Endryu Benson və Ceyms Basşam ilə birlikdə Kimya üzrə Nobel mükafatına layiq görülən amerikalı biokimyaçı.

O, karyerasının böyük hissəsini Berkli Kaliforniya Universitetində çalışmaqla keçirib. Həyatı Kalvin Minnesota ştatının Sent-Pol şəhərində Rusiya imperiyasından gələn yəhudi mühacirlər Elias Kalvin və Rouz Hervitsin ailəsində dünyaya göz açıb.

O, uşaq ikən ailəsi Detroitə köçən Kalvin 1928-ci ildə burada orta məktəbi bitirir. Melvin Kalvin 1931-ci ildə Miçiqan Texnologiya Universitetində ali təhsilinin bakalvr pilləsini bitirdikdən sonra,1935-ci ildə kimya üzrə fəlsəfə doktorluğu elmi dərəcəsini Minnesota Universitetində qazanır. Növbəti dörd ili Mançester Universitetində postdoktorluq işinə həsr edir.

1942-ci ildə Meri Geneviv Cemtiqard ilə evlənən Kalvinin bu nikahdan iki qızı və bir oğlu dünyaya gəlir.

1937-ci ildə Berkli Kaliforniya Universitetində çalışmağa başlayan Kalvin 1947-ci ildə kimya professoru vəzifəsinə yüksəlir. Karbon-14 izotopundan istifadə edən Kalvin, Endryu Benson və Ceyms Basşam karbonun atmosfer karbon dioksidi kimi udulmasından karbohidratlara və digər üzvi birləşmələrə çevrilməsinə qədər fotosintez zamanı bitki vasitəsilə keçdiyi tam marşrutun xəritəsini tərtib etdilər.. Bunu etməklə, Kalvin, Benson və Basşam günəş işığının əvvəllər güman edildiyi kimi karbon dioksiddən çox, üzvi birləşmələrin istehsalını dəstəkləmək üçün bitkidəki xlorofillə təsir etdiyini göstərdi. Kalvin 1961-ci ildə kimya üzrə Nobel mükafatının laureatı olur. Kalvin elmi fəaliyyyətinin 30 ilini geridə qoyduqdan sonra İşığın İzi: Elmi Odisseya adlı avtobioqrafiyasını yazır. 1950-ci illərdə Ümumi Sistem Tədqiqatları Cəmiyyətinin ilk üzvlərindən biri idi. 1963-cü ildə ona əlavə olaraq molekulyar biologiya üzrə professor adı verilib. 1980-ci ildə təqaüdə çıxana o, Kimyəvi Biodinamika Laboratoriyasının təsisçisi və direktoru və eyni zamanda Berkli Radiasiya Laboratoriyasının direktor müavini olub. Aktiv tədqiqatlarının son illərində o, neft hasil edən zavodların bərpa olunan enerji mənbələri kimi istifadəsini öyrənmişdir. O, uzun illər həyatın kimyəvi təkamülünü sınaqdan keçirdikdən sonra, 1969-cu ildə bu mövzuya həsr olunmuş kitabını nəşr etdirir.Calvin, Melvin. Chemical evolution: molecular evolution towards the origin of living systems on the earth and elsewhere. Oxford: Clarendon Press, 1969. .

Fikir ayrılığı Oksford Nəbatat bağının direktoru Timoti Volker, BBC üçün 2011-ci ildə televiziya tarixində Botanika ilə bağlı yayımladığı yazıda Kalvinin Endryu Bensonla rəftarını tənqid edərək, Kalvinin onu işdən çıxardıqdan sonra Bensonun işinə rəğbət qazandığını iddia edir. Benson özü də Kalvin tərəfindən işdən çıxarıldığını vurğulayaraq, avtobioqrafiyasında yer almamasından şikayətlənir.

Mükafatları və irsi Kalvin 1958-ci ildə Hollandiya Kral İncəsənət və Elmlər Akademiyasının əcnəbi üzvü seçildi. 1959-cu ildə Leopoldina Almaniya Elmlər Akademiyasının üzvü seçilmişdir.

1971-ci ildə Kalvin Vitter kollecinin fəxri Hüquq doktoru (LL.D.) dərəcəsinə layiq görüldü.

Kalvin, Eysa Qrey, Mariya Göppert-Mayer və Severo Oçoa ilə birlikdə Amerika Alimlərinin ABŞ poçt markalarından ibarət kolleksiyasının 2011-ci il üçün olan buraxılışında təsvir edilmişdir. Həmçinin bax Yəhudi Nobel mükafatı laureatlarının siyahısı Kimya üzrə Nobel mükafatı laureatlarının siyahısı

İstinadlar

Xarici keçidlər

Nobel speech and biographmems/mcalvin.html Qlenn Siborq və Endryu Benson tərəfindən mükafatlandırılması

Qlenn Siborq və Endryu Benson tərəfindən təqdim edilən bioqrafik xatirələr U.S. Patent 4427511 Melvin Kalvin – Fotoşəkilli elektron ötürmə üsulu Ensiklopediya Britannika məqaləsi [https://web.archive.org/web/20110619223653/http://www.usps.com/communications/newsroom/2011/pr11_071.htm USPS News Release: Amerikalı alimlərin günü olaraq Melvin Kalvinin iştirak ilə qeyd edilən Forever Stamp dizaynları üçün press-reliz. Milli Elmlər Akademiyasının bioqrafik memuarı

Kateqoriya:Kimya üzrə Nobel mükafatı laureatları Kateqoriya:Minnesota Universitetinin məzunları Kateqoriya:ABŞ kimyaçıları Kateqoriya:Manhetten layihəsi şəxsləri Kateqoriya:Yəhudi əsilli amerikalılar Kateqoriya:XX əsr bioloqları