Eduard Simonoviç Artsrunyan (; ) — Ermənistan və SSRİ rəssamı, pedaqoqu. O, müasir Ermənistan rəssamlığının ən böyük nümayəndələrindən biri hesab edilir. Artsrunyan Ermənistan SSR xalq artisti (1989) adına layiq görülmüş, SSRİ Rəssamlar İttifaqının üzvü (1961) olmuşdur.

Həyatı Eduard Simonoviç Artsrunyan 28 dekabr 1929-cu ildə Leninakan şəhərində (indiki Gümrü) anadan olmuşdur. O, 1944-cü ildə Merkurov adına Leninakan Rəssamlıq Məktəbini bitirdikdən sonra İrəvan şəhərindəki P. Terlemezyan adına rəssamlıq məktəbinə qəbul olunmuşdur. Artsrunyan 1947–1951-ci illərdə Ümumrusiya Rəssamlıq Akademiyası nəzdində orta rəssamlıq məktəbində təhsilini davam etdirmişdir.

Artsrunyan 1951–1957-ci illərdə Leninqradda (indiki Sankt-Peterburq) SSRİ Rəssamlıq Akademiyasının İ. E. Repin adına Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun rəngkarlıq fakültəsində təhsil almışdır.

O, ardınca Moskvaya köçmüş və burada "Plakat" nəşriyyatında işləmişdir.

Xarici istinadlar

Скончался народный художник Армении Эдуард Арцрунян Kateqoriya:Ermənistan rəssamları Kateqoriya:Ermənistan SSR-in xalq rəssamları Kateqoriya:Ermənistan SSR əməkdar rəssamları Kateqoriya:Ermənistan pedaqoqları Kateqoriya:SSRİ rəssamları Kateqoriya:SSRİ Rəssamlar İttifaqının üzvləri