– Yaponiyanın Tokio şəhərinin Bunkyo rayonunda yerləşən buddist məbədi. Buddizmin Şinqon sektasının Buzan qoluna aiddir.

Tarixi Məbəd 1681-ci ildə şoqun Tokuqava Tsunayoşinin sifarişi ilə keşiş Ryoken tərəfindən qurulmuşdur. Tsunayoşi və onun anası Keyşo İn bu məbədin himayəçiləri olmuşdurlar. Hazırda Əhəmiyyətli mədəni mülk statusu daşıyan əsas zal 1698-ci ildə tikilmişdir. Məbədin qəbiristanlığında Edo dövründə yaşamış 40-dan çox konfutsiçi alimin qəbri yerləşir. Məbədin Tokuqava şoqunluğu ilə sıx əlaqələri olduğu üçün burada tez-tez şoqunluğun adından ibadətlər yerinə yetirilmişdir. Məbəd bodhisattva Kannona həsr olunmuşdur.

Qalereya

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiyadakı buddist məbədləri Kateqoriya:Bunkyo Kateqoriya:Tokiodakı dini tikililər Kateqoriya:Şinqon buddizmi Kateqoriya:Yaponiyanın əhəmiyyətli mədəni mülkləri Kateqoriya:Qokoku məbədi