Xarici Ölkələrlə Mədəni Əlaqələr üzrə Ümumittifaq Cəmiyyəti (, ВОКС) — SSRİ-də 1925-ci ildə yaradılmış ictimai təşkilat. 1958-ci ildə Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr üzrə Sovet Cəmiyyətləri İttifaqına çevrilmişdir.
Təşkilatın vəzifələrinə rəsmi olaraq "SSRİ ictimaiyyətini xarici ölkələrin mədəniyyətinin nailiyyətləri ilə tanış etmək və Sovet İttifaqı xalqlarının mədəniyyətini xaricdə təbliğ etmək, SSRİ və digər ölkələr arasında dostluğun və qarşılıqlı anlaşmanın inkişafına və möhkəmlənməsinə kömək etmək" daxildir.
Tarixi 1925–1931-ci illərdə cəmiyyətin ofisi Moskvada Malaya Nikitskaya, ev 6 ünvanında yerləşirdi. Buna baxmayaraq, malikanə SSRİ-yə yenicə qayıtmış yazıçı Maksim Qorkinin (1868–1936) sərəncamına verilmişdir. 1948–1994-cü illərdə küçə 1914-1919-cu illərdə orada yaşamış teatr aktyoru V. İ. Kaçalovun xatirəsinə Kaçalov adlandırılmışdır.
1938-ci ildə Böyük təmizləmə dövründə VOKS-un əcnəbilərin qəbulu və dəvət edilməsi üzrə fəaliyyətinə faktiki son qoyulmuşdur.Дэвид-Фокс М. Витрины великого эксперимента. Культурная дипломатия Советского Союза и его западные гости, 1921—1941 год. — М.: Новое литературное обозрение, 2015. - С. 564.
1958-ci ildə VOKS Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr üzrə Sovet Cəmiyyətləri İttifaqına çevrilmişdir.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:1925-ci ildə yarananlar Kateqoriya:SSRİ-nin dövlət təşkilatları Kateqoriya:Mədəni təşviqat təşkilatları