"PlayStation 3 Magazine" və ya qısaca "PSM3" — Birləşmiş Krallıq videooyun jurnalı. Jurnalda "Sony"nin videooyun konsolları haqqında məlumatlar verilirdi.
Tarixi Jurnalın ilk nömrəsi 2000-ci ilin oktyabrında "PSM2" adı ilə çıxmışdır. Jurnal qısa müddətdə İngiltərədə ən məşhur qeyri-rəsmi "PlayStation" jurnallarından birinə çevrilmişdir. Jurnalın adı 78-ci nömrədən sonra "PSM3" olmuş, "PlayStation 2" və "PlayStation Portable" üçün məlumatlar versə də, əsas diqqətini "PlayStation 3"ə yönəltmişdir.
13 noyabr 2012-ci ildə "PSM3" və "Xbox World" jurnallarının fəaliyyətinin dayandırılacağı elan edilmişdir. Hər iki jurnalın son nömrəsi 12 dekabr 2012-ci ildə satışa çıxarılmışdır.
İstinadlar
Kateqoriya:Birləşmiş Krallıq videooyun jurnalları Kateqoriya:2000-ci ildə yarananlar Kateqoriya:PlayStation (marka) jurnalları