''"PlayStation World''" ("PSW") — Birləşmiş Krallıq aylıq videooyun jurnalı. Jurnalda "PlayStation" markası haqqında məlumatlarda verilirdi. Burada xəbərlər, önizləmələr, resenziyalar və məktub səhifələri yer alırdı. 2000-ci ildə "Computec Media" tərəfindən nəşr olunmağa başlamışdır. Jurnal 210 min oxucu auditoriyasına sahib idi, 17,132 tirajla çap olunurdu. "Computec Media"nın Birləşmiş Krallıq filialı jurnalın mülkiyyəti ilə birlikdə 2003-cü ildə "Future Publishing" tərəfindən satın alınmışdır. Bu zaman jurnalın orta aylıq tirajı 53,349 idi. 2007-ci ilin məlumatına görə, jurnalın tirajı 17,132-yə qədər azalmışdır. 13 avqust 2009-cu ildə jurnalın fəaliyyətinin dayandırılacağı açıqlanmışdır. Buna səbəb kimi "tələbat azlığı" göstərilmişdir.

İstinadlar

Xarici keçidlər PlayStation World official website at ComputerAndVideoGames.com

Kateqoriya:Birləşmiş Krallıq videooyun jurnalları Kateqoriya:PlayStation (marka) jurnalları Kateqoriya:2000-ci ildə yarananlar