"GameFAQs" — videooyunlar ilə bağlı tez-tez verilən suallara cavabları, həmçinin təlimatlar, məsləhətlər və digər məlumatları dərc edən internet portalı.Mary-Kate and Ashley: Winner’s Circle; The Times (London); July 1, 2001; Stuart Andrews; p. Doors.2 «Guides to completing thousands of video games, compiled by gamers worldwide»

Tarixi "GameFAQs" 1995-ci ildə proqramçı Ceff Vizey tərəfindən yaradılmışdır, lakin 2003-cü ilin mayında "CBS Corporation" tərəfindən satın alınmış və hazırda onların törəmə şirkəti "CBS Interactive" tərəfindən idarə olunur. Sonradan portal böyük uğur qazanmış və istənilən ziyarətçi tərəfindən redaktə edilə bilmək funksiyasına görə məzmunu xeyli artmışdır. Saytda təqdim olunan məlumatlar ilkin 8 bitlik "Atari" konsollarından tutmuş indiki generasiya və kompüter videooyunlarını, konsollarını əhatə edir. Bütün dəyişikliklər baş redaktor Allen "SBAllen" Tiner tərəfindən izlənilir və idarə olunur.

"GameFAQs" haqqında müsbət rəylər "The Guardian" və "Entertainment Weekly" kimi nəşrlərdə dəfələrlə dərc edilmişdir. "Alexa Internet" şirkətinin 2009-cu ildəki statistikasına uyğun olaraq, portal dünyada ən çox ziyarət edilən üç yüz ingilisdilli saytın siyahısına daxil edilmişdir.

İstinadlar

Xarici keçidlər Официальный сайт GameFAQs GameFAQs Archive Secondary Boards FAQ GameFAQsContests.com WikiFAQs.net

Kateqoriya:ABŞ veb-saytları Kateqoriya:Videooyun xəbər saytları Kateqoriya:İnternetdə oyunlar üçün verilənlər bazası Kateqoriya:1995-ci ildə yaranan saytlar Kateqoriya:İnternet forumları Kateqoriya:İngilis dilində veb-saytlar