Nadir xanın Mesopotamiyaya birinci yürüşü və ya Nadirin Mesopotamiyaya 1732–1733-cü illər yürüşü — 1730–1736-cı illər Səfəvi-Osmanlı müharibəsi zamanı baş vermiş hərbi münaqişə. II Təhmasibi 1730-cu ildə həyata keçirdiyi və Qafqazı Osmanlılardan geri almağı məqsədləyən yürüşü fəlakətlə nəticələndi və Kirmanşah sülhü imzalandı. Sülhün şərtlərinə görə Qafqaz üzərində Osmanlı hakimiyyəti II Təhmasib tərəfindən tanındı. Bu məğlubiyyət və alçaldıcı sülh Nadirin qəzəbinə səbəb oldu və o, 1732-ci ildə II Təhmasibi taxtdan endirdi. Bundan sonra Osmanlılar üzərinə Nadirin yeni hücumu baş tutdu.

İraqa hücum II Təhmasibin imzaladığı sülhlə Qafqazda Osmanlı hakimiyyəti qısa müddətlik də olsa tanındıqdan sonra Nadirin Osmanlının hakimiyyəti altındakı İraqa hücum edəcəyi gözlənilmirdi. Eksvortinin bildirdiyinə görə, Nadir Bağdadı ələ keçirməklə Osmanlı üçün danışıqlarda üstünlük qazanmaq və onu Qafqazın geri qaytarılması şərtilə istifadə etməyi planlayırdı. Lakin Bağdadın olduqca böyük tarixi, siyasi və iqtisadi əhəmiyyətini nəzərə aldıqda, onun Nadir xan üçün sadəcə başqa bir bölgə ilə dəyişdirilmək üçün mübadilə vasitəsi kimi görülməsi şübhəlidir. Osmanlı imperiyası mümkün Nadir xanın hücumunu İraqdan gözləməsə də, hər ehtimalı nəzərə alaraq oradakı ordularını da hazır vəziyyətə gətirmişdi.

Nadir Osmanlı ordusunu qəfil ovlamaq üçün gözlənilənin əksinə Qəsri-Şirin bölgəsində Zohab möhkəmləndirilmiş məntəqəsinə hücum etmək əvəzinə bir qədər döyüşçü ilə qarlıq və çətin keçilən yollardan istifadə edərək Osmanlı qarnizonunun arxasına keçməyi bacardı. Dağlıq cığırlardan keçərkən bəzi döyüşçülər həyatını itirsə də, Nadir 600-a qədər döyüşçü ilə Zohabdakı osmanlı qarnizonuna gözlənilmədən arxadan gecə vaxtı hücum etdi. Çaşqın halda Osmanlı ordusu mövqelərini tərk edərək qaçdı. Nadir burada yeni qalanın tikilməsi əmrini verdikdən sonra Həmədandan gələn əsas qızılbaş ordusu ilə birləşmək üçün hərəkətə keçdi. Bu ordunun məqsədi Bağdadı ələ keçirmək idi.

Bağdadın mühasirəsi

Bu yürüşün əsas məqsədi Bağdadı ələ keçirmək idi. Bağdad böyük siyasi və iqtisadi əhəmiyyətə malik olmaqla birlikdə, Osmanlı ordusu tərəfindən yaxşı qorunmaqda idi. Nadir uğurlu döyüş planı izləyərək şəhəri mühasirəyə alsa da, Osmanlı ordusunun yardıma gəlməsi ilə onun planları pozuldu.

Mühasirənin başlanması Bağdad əyalətinin hakimi Əhməd paşa ehtiyyatla Dəclə çayının sol sahilini ələ keçirdi. O, bu mövqenin Səfəvi ordusunun qarısını almaqda nə qədər əhəmiyyətli olduğunu bilirdi. Nadir çayın şərq sahilində düşərgə saldı və adamlarının çox hissəsini düşərgənin içinə, ətrafına toplayaraq Osmanlılara qarşı hiylə işlətdi. Nadir çayı təhlükəsiz keçmə üçün planlar hazırlamaqla məşğul idi.

Nadir Osmanlı dəstələrinin Dəclə çayınnı o biri sahilində yerləşməsi xəbərini aldıqdan sonra mühəndislərinə dərhal çayı keçmə vasitələri düzəltməyi əmr etdi. ərindən körpü salınmasına başlasınlar. Həmin körpülər vasitəsilə Nadir Köhnə Bağdad ərazisində mövqe tutmuş Osmanlı qüvvələrinə zərbə endirməyi planlaşdırırdı. Bağdada yürüşdə iştirak edən avstriyalı alman mühəndisi Dəclə çayı üzərindən keçidin qurulmasında yaxından iştirak etdi. Keçidlərin qurulması üçün xurma və palma ağaclarından istifadə etmək lazım gəldi. Nadir bu işə 12 min döyüşçünü cəlb etdi. Xeyli sayda sallar hazırlandı. Lakin çayın o birinə üzərək mıx bastırmalı olan qızılbaş döyüşçüləri Osmanlı müdaxiləsinə görə bunu edə bilmədilər.

"Tarix-e Cahanqoşa-ye Naderi"yə görə, Nadir sərkərdəlik tarixində ilk dəfə tətbiq etdiyi müvəqqəti keçidlər vasitəsilə ilk gün 2500 nəfər, sonrakı gün daha 1500 nəfər o biri sahilə adlada bildi. Amma ikinci gün körpü ağırlığa tab gətirməyib qırıldı (237). Bundan sonra qoşunun qalan hissəsinin çay üzərindən necə keçirildiyi məlum deyil. "Aləm Ara-ye Naderi"yə görə, müvəqqəti keçidlər ümidləri doğrultmadıqda Nadirin əmri ilə yaxınlıqdakı ərəb kəndlərinin sakinləri onun yanına gətirildi və Nadir onlardan çayı necə keçməyin yollarını soruşdu. Sakinlər də bildirdilər ki, Nadirin düşərgəsindən 3–4 mil yuxarıda çayı adlamaq üçün münasib yer mövcuddur və qoşunlar orada çayı asanlıqla keçə bilərlər. Nadir bu məsləhəti qəbul etdi və ola bilsin ki, qarşı tərəfi duyuq salmamaq üçün gecə yarı sərkərdəsi Babaxanın rəhbərliyi altında 10 minlik qoşun dəstəsini yerli ərəblərin nişan verdiyi məkana göndərdi.

15 fevralda Nadir 2.500 nəfərli döyüşçü ilə birlikdə Dəclə çayını keçərək, cənuba hərəkət edərək etməyə başladı. Onu daha bir 1.500 nəfərlik döyüşçü dəstəsi izləməkdə idi. Bu dəstə çayı keçən kimi körpü dağıdıldı. Nadirin Dəcləni keçdiyindən xəbər tutan Əhməd paşa dərhal qüvvələrini toplayaraq onu qarşılamağa yola düşdü. Nadirin kiçik döyüşçü dəstəsinə 3 min nəfərlik kürd, türkman və abdali döyüşçüləri daxil idi. Onlara qarşı gələn Osmanlı ordusuna isə, böyük artilleriya, süvari və yeniçəri qüvvələrindən təşkil edilmiş dəstələr daxil idi. Nadir çayı adlayan günün səhəri dəstəsi ilə Osmanlı qoşunlarının qarovullarının qarşısına çıxması onlarda bir çaşqınlıq yaratdı. Bundan qısa müddət sonra isə, döyüş başladı. Əvvəlcə Qaracurlu dəstəsi döyüşə atıldı. Pusquda dayanan tüfəngdarların aramsız atəşləri dəstənin müqavimətini qırdı. Sonra Kukəlan türkmənləri döyüşə qatıldılar. Osmanlı qüvvələrinin çox uğurlu mövqe seçmiş tüfəngdarları türkmənlərin və eləcə də digər dəstələrin hücumlarının qarşısını alıb onları çətin vəziyyətə saldılar. Yalnız əfqanlardan təşkil edilmiş dəstə osmanlıların bütün həmlələrini mərdliklə dəf etsə də, bütünlükdə Nadir qoşunları geri çəkilmək məcburiyyətində qaldı. Geri çəkilən Nadir qoşunlarının arxası Dəclə çayına dirəndi. Nadir ordusunu çətin vəziyyətdən çıxarmaq üçün əfqan qüvvələrindən yararlandı. Əfqan sərkərdələrindən olan Qəni xan min nəfərlik dəstəsi ilə atlarda piyada olub osmanlılarla döyüşə girdi. Nadir eyni zamanda digər dəstələrin də fəallaşmasına nail oldu. Xüsusən, topçular sərrast atəşlərlə Osmanlı qoşunları arasında itkilərin sayını artırdılar. Min nəfərlik əlavə qüvvənin yetişməsi isə Nadirin zərbə qüvvəsini daha da artırdı və o özü də döyüşlərə qatıldı. Osmanlılar tərəfindən atılan bir güllə Nadirin atını yaraladı. Belə olanda yaxınlıqdakı döyüşçülərdən biri öz atını Nadirə verdi. Nadir isə böyük sürətlə özünü əfqanlar vuruşan mövqelərə yetirdi və şücaəti ilə əfqanların uğurlarını daha da genişləndirdi. Nadir döyüşün gedişində ciddi dəyişiklik yaratdı və osmanlıların döyüş meydanından çəkilməsinə nail oldu.

Nəticədə Nadirin hücumları Əhməd paşanın qüvvələrini aramsız olaraq geri çəkilməyə, sonda isə, Bağdada girib gizlənməyə məcbur edə bildi. Kürdlərin və türkmanların geri çəkilmələrinə qəzəblənən Nadir onlardan bəzilərinin cəzalandırılmaları əmrini verdi, abdaliləri isə mükafatlandırdı.

Osmanlı ordusu Bağdadın içlərinə doğru geri çəkildikdən sonra şəhərin ətrafı Səfəvi ordusunun dəstələri ilə doldu və şəhər mühasirəyə alındı. Şəhər ətrafına gələn Səfəvi ordusu böyük səylə çalışaraq mühasirə üçün şəhər divarları boyunca 2700 ədədlik qüllələr ucaltdılar. Şəhər ətrafında 300 min Səfəvi ordusu mənsubu olduğu bildirilsə də, onlardan yalnız 100 mininin döyüşçü olduğu düşünülməkdədir.

Bu döyüş Bağdadın mühasirəyə alınmasını tamamladı. Mövcud olan məlumatlara görə, Nadir Bağdad ətrafında qurulmuş müdafiə səngərlərini ələ keçirib Osmanlı qüvvələrini tamamilə Bağdad qalasına sıxışdırdı. Nadirin qüvvələri qala ətrafında su ilə doldurulmuş xəndək boyunca mövqe tutdular və qalanın ətraf aləmlə əlaqələrini tamamilə kəsdilər. Verilən məlumatlara görə, Nadir Dəclə çayının hər iki sahilində, Bağdad qalası boyunca istehkam sistemi yaratdı. Bu istehkam sisteminə 2700 bürc daxil idi. Hər bürc də bir-birindən tüfəng atəşi məsafəsində idi. Beləliklə, 1733-cü ilin əvvəllərində, qışın sonunda Bağdad Nadir tərəfdən tam mühasirəyə alındı və bu mühasirə bir neçə ay davam etdi. 1733-cü ilin Novruz bayramını da Nadir Bağdad qalası ətrafında keçirdi. Onun ümidi qala daxilində ərzaq qıtlığı yaratmaqla qalanın ələ keçirilməsinə nail olmaq idi.

Topal Osman Paşanın gəlişi Mühasirənin taleyi Bağdadda müəyyən edilmədi. Bağdaddan şimalda yerləşən Samarra şəhərində baş verəcək döyüşdə mühasirənin taleyinə qərar veriləcəkdi. Osmanlı dövləti Bağdadı mühasirədən xilas edə bilmək üçün toplaya biləcəyi ən böyük ordunu toplamış, əlində olan ən güclü general Topal Osman Paşanı da ona komandan təyin edərək Nadirlə döyüşə göndərmişdi. Nadir yardım ordusunu gözləyib, müdafiə döyüşü aparmaq əvəzinə, şimala doğru getməyə başladı. Topal Osman Paşanın ordusuna mərkəzi qüvvələrdən əlavə yol boyu kürdlər və ərəblərdən ibarət dəstələr də qatılmışdı.

Samarra döyüşü

200px|thumb|left|Osmanlı ordusuna mənsub artilleriyaçı.

C.Hanveyə görə, Topal Osman paşanın qoşunu ilə gəlməsi xəbərini eşidəndə Nadir Mosulun Osmanlı hakiminə məktub göndərdi və həmin məktubda Topal Osman paşanın gəlməsinə münasibətini belə bildirdi:

Döyüş 250px|thumb|Samarra döyüşün sxemi Nadirin göndərdiyi kəşfiyyatçılar böyük bir Osmanlı ordusunun Bağdada doğru gəldiyi xəbərini verdilər. İmamverdi xan Əfşar, Şahqulu bəy Qacar, Məhəmməd xan Qaracurlu kimi sərkərdələrin komandanlığı altında göndərilən ön dəstə Osmanlı ordusunun öndəki dəstələri ilə baş vermiş qısa toqquşma nəticəsində bir neçə Osmanlı döyüşçüsü əsr tutmağı bacardılar. Tutulmuş əsirlər də böyük bir ordunun Bağdada doğru gəldiyini təstiqlədilər.

Nadirin sayı dəqiq müəyyən etmək üçün apardığı kəşfiyyat fəaliyyəti səmərəsiz qaldı. Ə.Sərdadvərin yazdığına görə, 4 kilometr eni olan cəbhədə yerləşən Osmanlı qoşunları 7 sütuna bölünmüşdü. C.Hanvey isə Osmanlı qoşunlarının beş dəstəyə bölündüyünü yazırdı. Mövcud olan məlumatlara görə, Osmanlı qoşunlarının hər sütununa 20 ədəd top verilmişdi və onların mühafizəsi yeniçərilərə tapşırılmışdı. C.Hanveyə görə, Osmanlı qoşunlarının sağ cinahı yeniçərilərə, sol cinahı isə kürdlərdən və digər döyüşçülərdən ibarət dəstəyə tapşırılmışdı. Topal Osman paşa da düzülüşün mərkəzi hissəsindəki dəstənin rəhbərliyini öz üzərinə götürməklə həmin dəstənin arasında mövqe tutmuşdu. Avropa mənbələrinə istinad edən Q.Müqtədir isə göstərir ki, Topal Osman paşa topları, rumeli piyadalarını və yeniçərləri döyüş düzülüşünün mərkəzində yerləşdirdi və mərkəzin rəhbərliyini öz üzərinə götürdü.Döyüş düzülüşünün cinahları süvarilərin himayəsi altına alındı və bir süvari alayı avanqard kimi Dəclə çayı boyunca irəli çıxarıldı.