Steysi Martin (həmçinin Stacy və ya Martin; fr: Stacy Martin; ) — fransız kino aktrisasıdır.
Bioqrafiyası Steysi Martin 20 mart 1990-cı ildə Parisdə fransız bərbər René Martin və ingilis qadın Annette Martinin ailəsində anadan olub. Uşaqlıqdan valideynləri ilə birlikdə Steysi tez-tez şəhərdən şəhərə köçürdü. Hələ Parisdə olarkən modellik karyerasına Premier Model Managementdə başlamışdır. Məktəbi bitirdikdən sonra Steysi valideynləri ilə birlikdə Londonda yaşamaq üçün Fransadan ayrılır. Orada universitetə daxil olur və aktyorluq məktəbində təhsil almağa qərar verir.
İstinadlar
Kateqoriya:Yaponiyadakı Fransa qürbətçiləri Kateqoriya:Fransa aktrisaları Kateqoriya:XXI əsr aktrisaları