thumb| "Webb's First Deep Field". Webb's First Deep Field ("Vebbin ilk dərin sahəsi") — "Ceyms Vebb" kosmik teleskopunun çəkdiyi ilk fotoşəkil. 11 iyul 2022-ci ildə ictimaiyyətə yayımlanmışdır. Fotoşəkil 4,6 milyard işıq ili məsafəsində yerləşən SMACS 0723 qalaktik klasterini göstərir. "Ceyms Vebb" yaxın infraqırmızı kamera ilə çəkilmiş kompozit şəkil Cənub yarımkürəsinin səmasının təqribən qum dənəciyi ölçüsündə bir sahəsini göstərir. Şəkildə minlərlə qalaktika göstərilir. Bu, kainatın indiyə qədər çəkilmiş ən yüksək dəqiqlikli təsviridir.

Əhəmiyyəti Şəkil kainatın indiyə qədər çəkilmiş ən yüksək dəqiqlikli təsviridir.

Şəklin ictimaiyyətə təqdimatı 11 iyul 2022-ci ildə Ağ Evdə baş tutmuşdur.

İstinadlar

Xarici keçidlər Webb's First Deep Field "James Webb Space Telescope" veb saytında.

Kateqoriya:2022-ci ilin əsərləri Kateqoriya:Fiziki kosmologiya Kateqoriya:Rəngli fotoşəkillər Kateqoriya:2022-ci ildə kosmonavtika Kateqoriya:Səma bölgələri Kateqoriya:Qalaktikalar Kateqoriya:NASA layihələri