Mikael İshak () — İsveç futbolçusu, Futbol üzrə Polşa çempionatında çıxış edən "Lex Poznan" FK və İsveç milli futbol komandasının hücumçusu . O, 2015-ci ildən İsveç millisinin heyətində dörd oyun keçirmiş və bir qol vurmuşdur.
Klub karyerası Erkən illəri Mikael İshakın valideynləri əslən Suriyadandır. O, İsveçin Södertelye şəhərində anadan olmuşdur. İshak peşəkar karyerasına "Assiriska" FK-da başlamış, 2010-cu ildə əsas komandada çıxış etməyə başlamışdır.
Köln İshak 2011-ci ilin dekabrında Almaniya Bundesliqasında çıxış edən "Köln" klubu ilə müqavilə imzalamışdır. O, 21 yanvar 2012-ci ildə komandada debüt etmiş, "Volfsburq"la səfərdə 0:1 hesablı məğlubiyyə yaşamışdır. Kölndəki ilk ayında daha çox əvəzedici kimi çıxış etmiş, 18 martda hücumçu Lukas Podolskinin cəzalandırılmasından sonra "Hannover 96" ilə keçirilən, 1:4 hesablı məğlubiyyətlə nəticələnən səfər oyununda ilk 11-likdə meydana çıxmışdır.
Parma İshak 5 avqust 2013-cü ildə dörd illik müqavilə əsasında İtaliya A Seriyasının "Parma" klubuna transfer olunmuşdur.
Lex Poznan Mikael İshak 2020-ci ilin iyulunda azad agent kimi Polşanın "Lex Poznan" klubuna transfer olmuşdur. Bu zaman o, UEFA Avropa Liqası oyunlarında da çıxış etmişdir. İshak bu turnirdə klubun bombardiri olmuş, "Benfika" və "Standard Lyej" ilə matçlarda beş qol vurmuşdur.
Nailiyyətlər Lex Poznan Ekstraklasa: 2021–22
İsveç U-21 21 yaşadək futbolçular arasında UEFA Avropa çempionatı: 2015
Fərdi Ekstraklasa mövsümün hücumçusu: 2021–22
İstinadlar
Kateqoriya:İsveç futbolçuları Kateqoriya:İsveç milli futbol komandasının oyunçuları Kateqoriya:İsveç Olimpiya milli futbol komandasının oyunçuları Kateqoriya:Lex Poznan FK futbolçuları Kateqoriya:Ekstraklasa futbolçuları Kateqoriya:Polşada legioner futbolçular Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:2. Bundesliqa futbolçuları Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Parma FK futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:İtaliyada legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İsveçrə Super Liqası futbolçuları Kateqoriya:İsveçin kişi futbolçuları Kateqoriya:Legioner İsveç futbolçuları Kateqoriya:Krotone FK futbolçuları Kateqoriya:Regionalliqa futbolçuları Kateqoriya:İsveç milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:İsveç U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Almaniyada legioner İsveç idmançıları Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında futbolçular