– Yaponiya iqtisadçısı və sosial aktivisti. Yaponiya Kommunist Partiyasının qurucularından biridir. Fukumotoizmin qatı əleyhdarı olmuşdur.
İlk illəri 1892-ci ildə Yaponiyanın Oita prefekturasında doğulmuşdur. Ailənin yeddi uşağından altıncısı və üç oğlundan sonuncusu idi. Onun babası Hakuyo Naqasaki şəhərində ranqaku müəllimiliyi etmiş Aleksandr Ziboldun tələbəsi olmuşdur.
Sano 1905-ci ildə Kitsuki orta məktəbinə daxil olmuşdur. 1908-ci ildə "Yorozu choho" jurnalı üçün yazdığı məqaləyə görə mükafat qazanmışdır.
Fəaliyyəti 1917-ci ildə Tokio Universitetindən məzun olmuşdur. Universitetdə tələbə olduğu dövrdə sosialist hərəkatla tanış olmuş və Şincinkay adlı qruplaşmanın qurulmasında kömək etmişdir. 1920-ci ildə Vaseda Universitetində iqtisadiyyat haqqında mühazirələr verməyə başlamışdır. 1921-ci ildə Yaponiya Əmək Federasiyasının üzvü olmuş, 1922-ci ildə Yaponiya Kommunist Partiyasının yaradılmasında iştirak etmişdir. 1923-cü ildə partiyanın mərkəzi komitəsinin üzvü olmuşdur. 1923-cü ildə baş verən Böyük Kanto zəlzələsi zamanı kommunistlərin kütləvi şəkildə həbs olunmasından yayına bilmiş və SSRİ-yə qaçmışdır. 1924-25-ci illəri Şanxayda keçirdikdən sonra 1925-ci ildə Yaponiyaya qayıdaraq Yaponiya Kommunist Partiyası yenidən qurmuşdur. 1926-cı ildə 10 aylıq həbsdə olmuşdur. 1927-ci ildə partiyanın mərkəzi icraçı komitəsinin üzvü seçilmişdir.
1928-ci ilin martında ikinci dəfə SSRİ-yə qaçaraq altıncı komintern görüşündə iştirak etmişdir. Yaponiyaya qayıdarkən 1929-cu ildə Şanxayda Yaponiya rəsmiləri tərəfindən həbs olunmuş, 1932-ci ildə Tokio məhkəməsi tərəfindən ömürlük həbs cəzasına layiq görülmüşdür. 1933-cü ilin iyununda Nabeyama Sadaçika ilə birlikdə həbsxanada kommunizmi inkar etmişdir. Nəticə də, ömürlük həbs cəzası 15 illik həbs cəzasına endirilmiş, 1943-cü ildə azadlığa çıxmış, yapon rəsmilərlə birlikdə Pekində fəaliyyət göstərməyə başlamışdır. Bir çox kommunist onun bu hərəkətindən təsirlənərək kommunizm idealogiyasından əl çəkmişdir.
İkinci dünya müharibəsindən sonra Vaseda Universitetinə qayıtmışdır. Yaponiya Siyasi və İqtisadi Tədqiqat İnstitutunun əsasını qoymuş, imperator hakimiyyəti altında sosialist prinsiplərinin tətbiqini öyrənməyə çalışmışdır. 1947-ci ildə Yaponiya parlamentinə seçilməyə çalışsa da, uğursuz olmuşdur.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Vaseda Universitetinin müəllimləri Kateqoriya:Yaponiya iqtisadçıları Kateqoriya:Yaponiya kommunistləri Kateqoriya:Yaponiya aktivistləri