Abalessa () — Əlcəzairin cənubunda, Tamanrasset vilayətində yerləşən şəhər və kommuna. İnzibati mərkəz və eyniadlı rayonda yeganə kommunadır.

Coğrafi mövqe Şəhər vilayətin mərkəzi hissəsinin cənubunda, mərkəzi Sahara vahələrindən birinin ərazisində, Abalessa vadisinin sahilində yerləşir. Ölkənin paytaxtı Əlcəzairdən təxminən 1540 kilometr cənub-cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 1020 metrdir.Abalessa kommunası Adrar vilayətinin İn-Amgel, Tamanrasset, In-Gezzam, Tin-Zauatin, Reqqan və Borc-Baji-Moxtar kommunaları ilə həmsərhəddir. Sahəsi 74,563 km2-dir.

İqlim Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 27 mm). Orta illik temperatur 23,9 °C-dir. Ən soyuq ayın (yanvarda) orta temperaturu 14°C, ən isti ayda (iyulda) 31,3°C-dir.

İstinadlar

Kateqoriya:Əlcəzair şəhərləri