Məğniyyə () — Əlcəzairin şimal-qərbində, Tlemsen vilayəti ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir.

Coğrafi mövqe Şəhər vilayətin şimal-qərb hissəsində, Mərakeşlə sərhədə yaxın ərazidə, eyniadlı düzənlikdə, Tafina çayının qərbində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 363 metrdir.

Məğniyyə ölkənin paytaxtı Əlcəzairdən təxminən qərb-cənub-qərbdə yerləşir.

Əhalisi 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 114,634 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: + 1977 1987 1998 2008 2012 39,294 62,137 95,904 114,634 129,396

İstinadlar

Kateqoriya:Əlcəzair şəhərləri