Əsgərov Lev Mabudoviç () — nasir, publisist, 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həyatı Lev Əsgərov 1942-ci il oktyabrın 1-də Bakı yaxınlığındakı Artyom qəsəbəsində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra neft sənayesində fəhləlik etmişdir. Ordu sıralarında hərbi xidmətdə olmuşdur (1959–1962). İlk yazıları "Sovetskiy voin" jurnalında və "Za rodinu" qəzetində çıxmışdır. Ordudan tərxis edilib Kazan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1962–1967). "Bakinskiy raboçiy", "Trud" qəzetlərinin xüsusi müxbiri (1967–1973), Krasnovodski vilayət partiya komitəsinin birinci katibinin köməkçisi (1973–1975), Bakı Radio zavodunun "İmpuls" qəzetinin redaktoru, Ümumittifaq müəllifləri hüquq cəmiyyətinin respublika şöbəsinin rəis müavini (1976–1982), Azərbaycan Respublikası kitabsevərlər cəmiyyətinin məsul katibi (1982–1985), Dostluq Cəmiyyətində "Sovet Azərbaycanı" jurnalının baş redaktoru (1987-ci ildən) olmuşdur. Rus dilində yazıb-yaradır, hekayə, povest və məqalələri dövri mətbuatda dərc olunmuşdur. "Mavi dirəklər" (1973), "Zapiski" (1981), "Xüsusi əlaməti yoxdur" (1986) kitablarında oçerk, hekayə və povestləri toplanmışdır.Аскеров, Лев Мабудович // Большая биографическая энциклопедия. 2009.
Lev Əsgərov 30 aprel 2023-cü ildə vəfat etmişdir.
Kitabları Голубые вёрсты: Рассказы и очерки. Баку, Гянджлик, 1973 Записки чекиста: Повесть. Баку, Язычы, 1981 Особых примет не имеют: Повести и рассказы. Баку, Язычы, 1986 Возвращение: Док. повесть об Александре Стопани. Казань, 1989 Человек с того света: Роман. Баку, Азернешр, 1990 Смерть Аттилы: Повести и рассказы. Баку, "Абилов, Зейналов и сыновья", 1998 К вопросу вопросов. Баку, "Абилов, Зейналов и сыновья", 1999 Месть невидимки: Роман. Баку, 2001 Приговорённые: Роман. Баку, "Абилов, Зейналов и сыновья", 2002 С миссией в ад: Роман и драма. Баку, "Абилов, Зейналов и сыновья", 2003
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:SSRİ jurnalistləri Kateqoriya:Azərbaycan jurnalistləri