Arno Mişel d' Abbadi (, ) — Fransa səyyahı. O, 1838–1848-ci illərdə Efiopiya yaylasında kəşfiyyat işləri aparmışdır. Antuan Tomson d' Abbadinin qardaşıdır.

Arno Mişel d' Abbadi 24 iyul 1815-ci ildə İrlandiyada, Dublin şəhərində anadan olmuşdur. Qardaşlar 1837-ci ildə Efiopiyaya səyahətinə başlamazdan əvvəl Arno d' Abbadi Əlcəzairdə idi. Onlar 1838-ci ilin fevralında Massavaya getmişdir. Arno və Antuan 1838-ci ildən 1848-ci ilə qədər Efiopiyada coğrafiya və etnoqrafiyaya dair çoxlu qiymətli məlumatlar toplamış, onları səyahətlərinin təsvirlərində dərc etmişdir. 1850-ci ildə qardaşlar Paris Coğrafiya Cəmiyyətinin Böyük Medalı ilə təltif olunmuşdular. Arno Abbadi 1853-cü ildə Efiopiyaya növbəti dəfə səfər etmişdir.

İstinadlar

Əlavə ədəbiyyat Кублицкий Г. И. По материкам и океанам. Рассказы о путешествиях и открытиях. — М.: Детгиз, 1957. — 326 с.

Kateqoriya:Fransa alimləri Kateqoriya:Fransa dilçiləri