Zombilənd () — Ruben Fleyşerin rejissorluğu ilə 2009-cu ildə çəkilmiş postapokaliptik zombi komediya filmi. Film uydurma zombi apokalipsisində yolları kəsişən dörd insanın həyatda sağ qalmasından bəhs edir.

Filmin büdcəsinə 23,6 milyon dollar xərclənmişdir. Film tamaşaçılara təqdim edildikdən sonrakı ilk üç gün ərzində 24,733,155 dollar, ümumilikdə isə 75,590,286 dollar mənfəət qazandırmışdır.

2019-cu ildə "Zombilənd: İkiqat Atəş" adlı davam filmi çəkilmişdir.

Süjet xətti Filmdə hadisələr post-apokaliptik dövründəki Birləşmiş Ştatlarda cərəyan edir. Zombi hücumu nəticəsində ABŞ dövlət olaraq dağılıb, əhalinin çoxu isə qırılıb və ya “gəzən ölülərə” çevrilib. Sağ qalan baş qəhrəmanlar bir araya gələrək bədheybətlərə qarşı mübarizə aparmaq qərarına gəlirlər. Uzun səyahət zamanı onların rastına böyük əyləncə parkı çıxır. Onlar həmin məkanı yaxın çevrənin ən təhlükəsiz yeri olduğunu düşünürlər. Ancaq qəhrəmanlar cəhənnəmin mərkəzinə ayaq basdıqlarından xəbərsizdirlər. Zombilər onları dörd tərəfdən mühasirəyə alır. Mühasirəni yarmaq və ərazidən sağ-salamat uzaqlaşmaq üçün savaşmaqdan başqa əlacları qalmayıb...

İstinadlar

Kateqoriya:2009-cu ilin filmləri Kateqoriya:Komediyalı qorxu filmləri Kateqoriya:2009-cu ilin qorxu filmləri Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:Zombi haqqında filmlər Kateqoriya:Columbia Pictures filmləri Kateqoriya:Kinorejissorların debüt filmləri Kateqoriya:Atlanta haqqında filmlər Kateqoriya:Vaşinqton şəhəri haqqında filmlər Kateqoriya:2009-cu ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin postapokaliptik filmləri Kateqoriya:Los-Anceles haqqında filmlər Kateqoriya:Los-Ancelesdə çəkilmiş filmlər Kateqoriya:İngiliscə dost komediya filmləri Kateqoriya:Gənclik filmləri Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:2009-cu ilin rejissor debütləri Kateqoriya:Viruslar haqqında filmlər Kateqoriya:ABŞ-nin yol filmləri Kateqoriya:İngilis dilində elmi-fantastika qorxu filmləri Kateqoriya:İngilis dilində elmi-fantastika qorxu filmləri Kateqoriya:ABŞ-nin baddi döyüş filmləri Kateqoriya:2009-cu il haqqında filmlər Kateqoriya:2000-ci illərin bədheybət filmləri Kateqoriya:Relativity Media filmləri Kateqoriya:Əyləncə parkları haqqında filmlər