Şuşadakı məscidlərin siyahısı — Azərbaycan Respublikasının Şuşa şəhərində yerləşən, hazırda mövcud olan və vaxtilə mövcud olmuş məscidlərin siyahısı. Bu, Şuşanın mədəni irsinin bir hissəsidir. Şəhərdəki ilk məscid Qarabağ xanlığının ilk hökmdarı Pənahəli xanın dövründə tikilmiş qamışdan tikilmiş ikiqapılı məscid olmuşdur. İndi Yuxarı Gövhər ağa məscidi kimi tanınan bu yerdə XVIII əsrin 60-cı illərinin axırlarında "Qamış məscid" tikilmişdir. XX əsrin əvvəllərində Şuşada 17 məscid var idi.В начале XX века всего имелось 2983 дома, из которых 2742 были выстроены из камня. Зарегистрирован 1191 жилой дом, покрытый железом, 139 — керамикой, 364 — землей, 17 мечетей, 5 церквей, 52 улицы, 116 тупиков, один городской сад, 3 гостиницы, 36 закусочных, 870 ремесленных мастерских, около 2-х тысяч торговых лавок.Но во время гражданской войны, в марте 1920 г., город был совершенно разрушен в течение нескольких дней, когда было сожжено около 7 000 домов, и из 17 мечетей уцелела одна. Восстанавливается Шуша с большим трудом. Onlar şəhərin 17 məhəlləsinin hər birində bir dənə olmaqla şəhərin azərbaycanlı hissəsində yerləşirdi.
2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli qərarı ilə Şuşa şəhərində 15 məscid dövlət tərəfindən mühafizə olunan memarlıq abidələri siyahısına daxil edilmişdir. Bunlardan Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Mehmandarovlar kompleksinin məscidi və Saatlı məscidi "ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri", daha 11 məscid isə "yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri" elan edilmişdir.
Siyahı Siyahı nömrəsi Adı İnşa dövrü Qısa məlumat Fotoşəkil1Yuxarı Gövhər ağa məscidi1768–1769-cu illərMəscid əvvəlcə Qarabağ xanlığının ikinci hökmdarı İbrahimxəlil xanın göstərişi ilə tikilmiş və şəhərin tarixi mərkəzində ucaldılmışdır. 1883–1885-ci illərdə İbrahimxəlil xanın qızı Gövhər ağanın göstərişi ilə məscid Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabaği tərəfindən tamamlanmışdır. Məscidin iki minarəsi var. Sovet dövründə məscid dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına daxil edilərək tarix-diyarşünaslıq muzeyi kimi istifadə olunmağa başlanmışdır. 1992-ci ildə Şuşanın erməni qüvvələri tərəfindən işğal olunmasından sonra məscid fəaliyyətini dayandırmış və 2010-cu illərin sonuna qədər bərbad vəziyyətdə olmuşdur. 2017-ci ildə iranlı mütəxəssislər burada bərpa işləri aparmışdır. Şəhər Azərbaycanın nəzarətinə qaytarıldıqdan sonra məscidin Heydər Əliyev Fondu tərəfindən bərpasına başlanılmışdır. Məscid Azərbaycanın dövlət tərəfindən qorunan tarix və mədəniyyət abidələri siyahısına daxildir.200x200px2Aşağı Gövhər ağa məscidi1874–1875-ci illərMəscid Gövhər ağanın göstərişi ilə tikilmişdir. Gövhər ağanın vəqfnaməsinin kitabə-mətninə görə, məscidin tikintisi 1865–1866-cı illərdə başa çatdırılmalı idi. Məscidin üzərində Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabağinin adına rast gəlinir. Məscidin iki minarəsi var. 1992-ci ildə Şuşanın erməni qüvvələri tərəfindən işğal olunmasından sonra məscid fəaliyyətini dayandırmış və bərbad vəziyyətdə qalmışdır. Şəhər Azərbaycanın nəzarətinə qaytarıldıqdan sonra məscidin Heydər Əliyev Fondu tərəfindən bərpasına başlanılmışdır. Məscid Azərbaycanın dövlət tərəfindən qorunan tarix və mədəniyyət abidələri siyahısına daxildir.200x200px3Saatlı məscidi1883-cü ilMəscid Saatlı məhəlləsində yerləşir. Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabaği tərəfindən azərbaycanlı şair, Qarabağ xanlığının vəziri Molla Pənah Vaqifin dərs dediyi köhnə məscid və mədrəsənin yerində tikilmişdir. Məscidin bir minarəsi var. 1992-ci ildə Şuşanın erməni qüvvələri tərəfindən işğal olunmasından sonra məscid fəaliyyətini dayandırmış və bərbad vəziyyətdə qalmışdır. Şəhər Azərbaycanın nəzarətinə qaytarıldıqdan sonra məscidin Heydər Əliyev Fondu tərəfindən bərpasına başlanılmışdır. Azərbaycanın dövlət tərəfindən qorunan tarix və mədəniyyət abidələri siyahısına daxildir.200x200px4Hacı Yusifli məscidiXVIII əsrMəscid Hacı Yusifli məhəlləsində, "Qasım İsmayılov" küçəsində yerləşir. Təkhəcmli, tavanı yastı taxtadan ibarət məscid Şuşanın məhəllə məscidləri növünə aiddir. Azərbaycanın dövlət tərəfindən qorunan tarix və mədəniyyət abidələri siyahısına daxildir.5Quyuluq məscidiXVIII əsrMəscid Quyuluq məhəlləsində, keçmiş "Şaumyan" küçəsində yerləşir. Müxtəlif formalı enli tağlara malik, ibadətxana ilə üzvi bütövlük təşkil edən eyvanı olan məscid Şuşanın məhəllə məscidləri növünə aiddir. Azərbaycanın dövlət tərəfindən qorunan tarix və mədəniyyət abidələri siyahısına daxildir.6Culfalar məscidiXVIII əsrMəscid Culfalar məhəlləsində, "Üzeyir Hacıbəyov" küçəsində yerləşir. Yastı fasada malik, girişi asimmetrik olan məscid Şuşanın məhəllə məscidləri növünə aiddir. Azərbaycanın dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələri siyahısına daxildir.7Mamay məscidiXVIII əsrMəscid Mamayı məhəlləsində, "Q. Əsgərov' küçəsində yerləşir. Yastı fasada malik, girişi asimmetrik olan məscid Şuşanın məhəllə məscidləri növünə aiddir. Sovet hakimiyyəti illərində məscid Poeziya Evinə çevrilmişdir. Azərbaycanın dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələri siyahısına daxildir.200x200px8Çöl Qala məscidiXVIII əsrMəscid Çöl Qala məhəlləsində, keçmiş "Kuybışev" küçəsində yerləşir. Yastı fasada malik, girişi asimmetrik olan məscid Şuşanın məhəllə məscidləri növünə aiddir. 1992-ci ildə Şuşanın erməni qüvvələri tərəfindən işğal olunmasından sonra məscid fəaliyyətini dayandırmış və xaraba vəziyyətdə qalmışdır. Azərbaycanın dövlət tərəfindən qorunan tarix və mədəniyyət abidələri siyahısına daxildir.200x200px9Çuxur məhəllə məscidiXVIII əsrMəscid Çuxur məhəllə məhəlləsində, keçmiş "Əmiryan" küçəsində yerləşir. 1992-ci ildə Şuşanın erməni qüvvələri tərəfindən işğal olunmasından sonra məscid fəaliyyətini dayandırmış və xaraba vəziyyətdə qalmışdır. Azərbaycanın dövlət tərəfindən qorunan tarix və mədəniyyət abidələri siyahısına daxildir..200x200px10Xoca Mərcanlı məscidiXVIII əsrMəscid Xoca Mərcanlı məhəlləsində, "Sabir" küçəsində yerləşir. 1992-ci ildə Şuşanın erməni qüvvələri tərəfindən işğal olunmasından sonra məscid fəaliyyətini dayandırmış və xaraba vəziyyətdə qalmışdır. Azərbaycanın dövlət tərəfindən qorunan tarix və mədəniyyət abidələri siyahısına daxildir.200x200px11Mərdinli məscidiXVIII əsrMəscid Mərdinli məhəlləsində yerləşir. 1992-ci ildə Şuşanın erməni qüvvələri tərəfindən işğal olunmasından sonra məscid fəaliyyətini dayandırmış və xaraba vəziyyətdə qalmışdır. Azərbaycanın dövlət tərəfindən qorunan tarix və mədəniyyət abidələri siyahısına daxildir.200x200px 12Seyidli məscidiXVIII əsrMəscid Seyidli məhəlləsində, keçmiş "Telman" küçəsində yerləşir. Azərbaycanın dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələri siyahısına daxildir.200x200px 13Təzə məhəllə məscidiXVIII əsrMəscid Təzə məhəllə məhəlləsində, "Səməd bəy Mehmandarov" küçəsində yerləşir. Məscid Mehmandarovların evi yaşayış kompleksinin bir hissəsidir və mülk sahiblərinin ailə məscidi kimi fəaliyyət göstərirdi. Azərbaycanın dövlət tərəfindən qorunan tarix və mədəniyyət abidələri siyahısına daxildir..200x200px 14Köçərli məscidiXIX əsrMəscid Köçərli məhəlləsində, keçmiş "Sovetskaya" küçəsində yerləşir. Bəhmən Mirzənin saray kompleksinə aiddir. Azərbaycanın dövlət tərəfindən qorunan tarix və mədəniyyət abidələri siyahısına daxildir.200x200px 15Hacı Abbas məscidiXVIII əsrMəscid məscid və karvansaradan ibarət Hacı Abbas kompleksinə aiddir. Azərbaycanın dövlət tərəfindən qorunan tarix və mədəniyyət abidələri siyahısına daxildir.16Hamamqabağı məscidiMəscid Hamamqabağı məhəlləsində yerləşirdi.17Mir Səyyaf oğlunun karvansarasının məscidi1880-ci illərMəscid Mir Səyyaf oğlunun karvansarasının ikinci mərtəbəsində yerləşir.200px18Qamış məscidXVIII əsrin ortalarıMəscid Pənahəli xanın dövründə tikilmiş və Pənahabadda (Şuşanın ilk adı) ilk məscid olmuşdur. Sonralar bu məscidin yerində Yuxarı Gövhər ağa məscidi tikilmişdir..
Həmçinin bax Azərbaycandakı məscidlərin siyahısı
Mənbə İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan tikililərinin siyahıları