Çapayev ( , Çapayev ; Rusça: Чапаев) — Qazaxıstanın şimal-qərbində şəhər. Qərbi Qazaxıstan vilayətinin Akjaik rayonunun mərkəzidir. Şəhərin 8,476 (2009-cu ilin məlumatına əsasən) sakini var.

Şəhər Oraldan 130 km cənubunda, Ural çayının sağ sahilində yerləşir.

Şəhər Rusiya Vətəndaş Müharibəsinin (1919) qırmızı ordu qəhrəmanı Vasili Çapayevin ölüm yeri olub. 1927-ci ildə onun xatirəsinə muzey yaradılmışdır.

Əvvəlki qəsəbə Lbişensk adlanırdı və 1899-cu ildə şəhərdə 3400 nəfər (onlardan 2100-ü kazaklar), 2 kilsə, 2 məktəb, poçt və teleqraf məntəqələri var idi. 1939-cu ildə Çapayevo, 1992-ci ildə Çapayev adlandırıldı.

Yerli sakinlər əsasən əkinçilik, balıqçılıq, maldarlıq, ovçuluq və biyan kökü yığmaqla məşğul olurlar.

1997-ci ildə şəhər Akjayık rayonunun paytaxtı oldu.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qazaxıstan şəhərləri