Qış müharibəsi (, , ) və ya SSRİ–Finlandiya müharibəsi (həmçinin Sovet–Finlandiya müharibəsi; ) — 30 noyabr 1939–13 mart 1940-cı illər tarixində SSRİ ilə Finlandiya arasında baş vermiş hərbi münaqişə. Bu müharibə İkinci dünya müharibəsinin başlamasından üç ay sonra, 30 noyabr 1939-cu ildə Sovet qoşunlarının Finlandiya üzərinə hücuma keçməsi ilə başlamış və 13 mart 1940-cı ildə Moskvada imzalanan sülh müqaviləsi ilə başa çatmışdır. Sovet qoşunlarının bu hücumu Millətlər Liqası tərəfindən qeyri-qanuni adlandırılmış və Sovet İttifaqı təşkilatdan kənarlaşdırılmışdır.

Sovet hökuməti Finlandiya ilə sərhəddən 32 km məsafədə yerləşən Leninqrad şəhərinin təhlükəsizliyini təmin etmək məqsədilə qarşı tərəfə ərazi mübadiləsi barədə təklif göndərmiş, lakin Finlandiyanın bu təklifi qəbul etməməsi nəticəsində müharibə başlamışdır. Bəzi mənbələrə görə müharibəni başlamaqda Sovet İttifaqının əsas məqsədi bütün Finlandiyanı ələ keçirmək və burada "kukla" Fin kommunist hökuməti yaratmaq idi. −43 °C temperaturda, çox sərt iqlim şəraitində Finlandiya qoşunları iki aydan çox müddətdə Sovet hücumuna müqavimət göstərdi və qarşı tərəfi ciddi itkilər verməyə məcbur etdi. Sovet Ordusunun yenidən təşkilatlanması və fərqli taktikalar icra etməsindən sonra, fevral ayında yeni hücum dalğası ilə finlərin müdafiə xətti keçildi.

Münaqişə tərəflərinin iştirakı ilə 1940-cı ilin martında Moskva şəhərində sülh müqaviləsi imzalandı. Finlandiya müqavilənin şərtlərinə əsasən öz ərazisinin 11 faizini və iqtisadiyyatının 30 faizini Sovet İttifaqına verməyə məcbur oldu. SSRİ isə müharibə nəticəsində ciddi itkilərə məruz qalmış və beynəlxalq nüfuzuna xələl gətirmişdi. Bütün bu itkilərə baxmayaraq, Sovet hökuməti öz istəyinə nail olmuş, Ladoqa gölü boyunca və Finlandiyanın şimalında yeni ərazilər ələ keçirmişdi. Finlandiya isə müharibədən sonra öz suverenliyini qoruyub saxladı və beynəlxalq nüfuzunu artırdı. Həmçinin, müharibə ərzində Qırmızı Ordunun zəif hücum cəhdləri və ciddi itkilər verməsi Adolf Hitlerin SSRİ üzərinə hücuma keçmək barədə fikirlərini daha da artırdı. 1941-ci ilin iyun ayında, 15 aylıq müvəqqəti sülhdən sonra Nasist Almaniyası Barbarossa əməliyyatına başladı, həmçinin SSRİ və Finlandiya arasında Davam müharibəsi başlandı.

Arxa plan Sovet-Fin münasibətləri və siyasət Finlandiya 19-cu əsrin əvvəllərinə qədər İsveç Krallığının şərq hissəsini əhatə edirdi. 1809-cu ildə Rusiya imperiyası öz paytaxtı olan Sankt Peterburq şəhərini qorumaq məqsədilə Finlandiyanı işğal etdi və həmin ərazidə muxtar bufer dövlət yaratdı.Trotter 2002, pp. 3–5 Finlandiya knyazlığı 19-cu əsrin sonlarına qədər imperiya daxilində geniş muxtariyyət səlahiyyətlərinə sahib olsa da, sonradan Rusiya tərəfi Finlandiyanı mərkəzi hökumətə tabe etmək və imperiyaya birləşdirmək məqsədilə bu ölkənin assimilyasiyasına başladı. Bu cəhdlər uğursuzluqla nəticələndi və Rusiyanın finlərlə əlaqələri pisləşdi.Trotter (2002), pp. 4–6

Birinci Dünya müharibəsinin ardınca baş vermiş inqilab və vətəndaş müharibəsi Rusiya İmperiyasının dağılması ilə nəticələndi və Finlandiya müstəqillik əldə etmək üçün böyük imkan əldə etdi. 6 dekabr 1917-ci ildə Finlandiya Senatı müstəqillik barədə qərar qəbul etdi. Rusiyada yenicə hakimiyyətə gəlmiş Bolşevik hökuməti çox kövrək olduğuna görə və ölkədə vətəndaş müharibəsi davam etdiyinə görə bolşeviklər imperiyanın keçmiş ərazilərini bərpa etmək fikrindən bir müddətlik də olsa uzaqlaşdılar. Beləliklə, Sovet Rusiyası yeni fin hökumətinin müstəqilliyini cəmi üç həftədən sonra tanıdı. Finlandiya 4 ay davam edən vətəndaş müharibəsinin ardınca, 1918-ci ilin may ayında tam müstəqillik əldə etdi və bolşevik qoşunları ölkəni tərk etmək məcburiyyətində qaldı.Jowett & Snodgrass (2006), p. 3

Finlandiya 1920-ci ildə Millətlər Liqasına üzv oldu ki, burda da əsas məqsəd ölkənin təhlükəsizliyini təmin etməkdən ibarətdi. Bununla belə, Finlandiyanın əsas məqsədi Skandinaviya ölkələri ilə əməkdaşlıq etməkdi. Finlandiya və İsveçin hərbi qurumları arasında geniş əməkdaşlıq təşkil olunmuşdu. Bu əməkdaşlıq əsasən informasiya mübadiləsi və Aland adalarının müdafiəsinin planlaşdırılması kimi mühüm sahələri əhatə edirdi.Turtola (1999a), pp. 21–24 Finlandiyanın hərbi siyasətinə Estoniya ilə müdafiə sahəsində gizli əməkdaşlıq da daxil idi.Turtola (1999a), pp. 33–34

Finlandiya vətəndaş müharibəsindən 1930-cu illərin əvvəllərinə qədər olan dövr ölkədə siyasi qeyri-stabillik periodu kimi tanınır. Bunun əsas səbəbi Finlandiyada hakimiyyətdə olan mühafizəkarlar və sosialist partiyaları arasında davam edən mübarizə olmuşdur. Finlandiya Kommunist Partiyası 1931-ci ildə qeyri-qanuni elan olundu və milliyyətçi Lapua Hərəkatının 1932-ci ildə dövlət çevrilişi cəhdi uğursuzluqla nəticələndi. Lapua Hərəkatının davamçısı olan Vətənpərvər Xalq Hərəkatı isə Finlandiya parlamentində 200 yerdən yalnız 14-nə sahib idi.Edwards (2006), pp. 26–27 1930-cu illərin sonlarına doğru ixracyönümlü fin iqtisadiyyatı böyüməyə başladı ki, bu da ifrat siyasi hərəkatların azalması ilə nəticələndi.Edwards (2006), p. 18

1918-ci ildə baş vermiş fin vətəndaş müharibəsində Sovet qoşunlarının iştirakından sonra tərəflər arasında formal sülh müqaviləsi imzalanmamışdı. 1918 və 1919-cu illərdə finlandiyalı könüllülərdən ibarət silahlı dəstələrin Sovet sərhədini keçərək Kareliya ərazisini ələ keçirmək və "Böyük Finlandiya" ideologiyasının əsasını təşkil edən bütün finlərin eyni dövlətdə yaşaması istəyi uğursuzluqla nəticələndi. 1920-ci ildə SSRİ-də yerləşən finlandiyalı kommunistlər finlandiyalı Ağ qvardiyaçıların keçmiş komandanı Karl Qustav Emil Mannerheymi öldürməyə cəhd etdilər. 14 oktyabr 1920-ci ildə Finlandiya və Sovet Rusiyası arasında Tartu razılaşması imzalandı. Bu müqaviləyə əsasən yeni Finlandiya-Sovet sərhəd xətti keçmiş Finlandiya knyazlığı ilə Rusiya İmperiyası arasındakı sərhəd əsasında müəyyən olundu. Şimal Buzlu okeanı sahilində yerləşən Petsamo limanı da Finlandiyaya verildi.Polvinen (1987), pp. 156–161, 237–238, 323, 454Engman (2007), pp. 452–454 Müqavilənin imzalanmasına baxmayaraq, iki ölkə arasındakı münasibətlər gərgin olaraq qalırdı. 1921-ci ildə fin hökuməti könüllülərdən ibarət dəstələrin sərhədi keçərək Şərqi Kareliya ərazisinə daxil olmasına və burada Sovet hökumətinə qarşı üsyanlarda iştirak etməsinə icazə verirdi. Buna cavab olaraq, Sovet İttifaqı ərazisində yerləşən finlandiyalı kommunistlər də revanşa hazırlaşırdı. Nəticədə, kommunistlərdən ibarət silahlı dəstələr 1922-ci ildə Finlandiyanın şimalında baş tutmuş toqquşmalarda iştirak etməyə başladı.Turtola (1999a), pp. 30–33 1932-ci ildə SSRİ və Finlandiya arasında 10 il ərzində bir-birilərinə qarşı güc tətbiq etməmə haqqında müqavilə imzaladılar. Finlandiyanın xarici ticarət dövriyyəsi inkişaf etməkdə idi və bu dövriyyənin yalnız bir faizi Sovet İttifaqı ilə ticarətin payına düşürdü.Edwards (2006), p. 31 1934-cü ildə Sovet İttifaqı da Millətlər Liqasına qoşuldu.

İosif Stalin Sovet İttifaqının fin inqilabını dayandıra bilməməsini böyük məyusluqla bildirirdi.Edwards (2006), pp. 43–46 O, Kareliya ərazisində başlamış finyönümlü hərəkatı Leninqrad şəhərinə birbaşa təhlükə hesab edirdi.Van Dyke (1997), p. 13 Stalinin hakimiyyəti dövründə Sovet propaqandası Finlandiya hökumətini "qəddar və irticaçı faşist hökuməti" olaraq qələmə verirdi. 1938-ci ildə Sovet ərazisində baş tutmuş "Böyük təmizləmə" Stalinə böyük güc qazandırdı. Nəticədə, SSRİ Finlandiya istiqamətində xarici siyasət xəttini dəyişdirdi və Çar Rusiyası dövründə Oktyabr inqilabı və vətəndaş müharibəsi ərzində itirilmiş ərazilərin yenidən işğal olunması siyasətini tətbiq etməyə başladı. Sovet hökuməti inanırdı ki, keçmiş imperiya ərazisini bərpa etməklə Finlandiya ilə sərhəddən cəmi 32 km məsafədə yerləşən Leninqrad şəhərinin təhlükəsizlik problemlərini həll etmək və getdikcə güclənən Nasist Almaniyasına qarşı təhlükəsizlik səviyyəsini artırmaq mümkündür.Lightbody (2004), p. 52Trotter (2002), p. 15

Danışıqlar thumb|alt=A picture of Rybachy Peninsula on a partly cloudy July day. The Soviet Union demanded that Finland cede the peninsula, its northernmost point at the time, along with other areas. The sun is either rising or setting and shines on the long grass at an angle. A body of water, the Barents Sea, fills a quarter of the picture. A gravel road leads to a lone house in the distance.|Rıbaçi yarımadası 2008-ci ildə. Sovet İttifaqı Finlandiyanın ucqar şimalında yerləşən bu ərazini tələb edirdi.

alt=During additional refresher training, a Finnish soldier is having his breakfast served into a mess kit by another soldier from a steaming field kitchen in the forests of the Karelian Isthmus. More soldiers, two of them visible, are waiting in line for their turn behind him. It is early October and the snow has not set in yet.|thumb|10 oktyabr 1939-cu ildə Karel bərzəxində mövqe tutmuş fin hərbçilər səhra mətbəxində səhər yeməyi hazırlayır.

1938-ci ilin aprelində SSRİ Xalq Daxili İşlər Komissarlığı (NKVD) agenti Boris Yartsev Finlandiyanın xarici işlər naziri Rudolf Holsti və baş naziri Aymo Kayanderlə əlaqə saxladıqdan sonra bildirirdi ki, Sovet İttifaqı Almaniyaya inanmamalıdır və iki ölkə arasında müharibənin baş verməsi ehtimalı mövcuddur. Buna görə də Qırmızı Ordu sərhəd xəttinin arxasında düşməni passiv şəkildə gözləməkdənsə, "hücuma keçərək düşmənlə görüşməlidir". Finlandiyalı nümayəndələr Yartsevi inandırırdılar ki, Finlandiya neytral siyasət yürüdür və ölkəyə qarşı silahlı müdaxilə baş verərsə cavab tədbirləri görməli olacaq. Yartsev isə qarşı tərəfə Fin körfəzində və Leninqrad yaxınlığında yerləşən adalardan bəzilərini birbaşa və ya icarə şəklində Sovet İttifaqına verməyi tələb edirdi. Finlandiya bu təklifi qəbul etmədi.Trotter (2002), pp. 12–13Turtola (1999a), pp. 32–33

Danışıqlar 1938-ci il ərzində davam etsə də, heç bir nəticə əldə olunmadı. Böyük təmizləmə ərzində Sovet İttifaqında yaşayan finlandiyalı kommunist elitasının əksər hissəsi öldürüldü və bu da SSRİ-nin Finlandiyadakı imicini ciddi şəkildə zədələdi. Bununla eyni zamanda, Finlandiya İsveçlə hərbi əməkdaşlıq planı barəsində danışıqlara cəhd etdi. Finlandiya hökuməti Aland adalarını İsveçlə birlikdə müdafiə etməyə ümid bəsləyirdi.Turtola (1999a), pp. 34–35

1939-cu ilin aprelində Sovet İttifaqı və Nasist Almaniyası arasında Molotov-Ribbentrop paktı imzalandı. Bu pakt ilkin olaraq hücuma keçməmə barədə müqavilə kimi nəzərə çarpsa da, bu müqavilənin gizli protokoluna əsasən Şərqi Avropa dövlətləri tərəflərin maraq dairələrinə uyğun olaraq bölüşdürülməli idi. Bu protokola əsasən Finlandiya SSRİ-nin sferasına düşürdü. 1 sentyabr 1939-cu ildə Almaniya Polşa üzərinə hücuma keçdi və bu hadisədən iki gün sonra Böyük Britaniya və Fransa Almaniyaya qarşı müharibə elan etdi. 17 sentyabrda Sovet İttifaqı Polşanın şərq hissəsini işğal etdi. Bu hadisədən qısa müddət sonra Baltikyanı ölkələr öz ərazilərində Sovet qoşunlarına məxsus hərbi bazaların inşa olunmasına icazə verən müqavilə imzaladı.Engle and Paananen (1985), p. 6 Bu cür müqavilələr sentyabr ayında Estoniya, oktyabr ayında isə Litva və Latviya ilə imzalandı. Baltikyanı ölkələrdən fərqli olaraq Finlandiya bu cür müqaviləni imzalamaqdan imtina etdi və dərhal ordunun mobilizasiyasına başladı.Turtola (1999a), pp. 38–41 Sovet qoşunları 1938-1939-cu illərdə Finlandiya ilə dövlət sərhəddi boyunca qoşunların mobilizasiyasını təşkil etmişdi. Sovet qoşunlarının hücum əməliyyatı barədə planlaşdırması sentyabr ayında başlasa da, işğal əməliyyatının noyabrda başlayacağı gözlənilirdi.Ries (1988), pp. 55–56Manninen (1999a), pp. 141–148