– Yaponiyanın Şizuoka prefekturasının Şuçi rayonundakı Akiha dağında yerləşən şintoist məbədi. Məbəd alov kamisi Kaqutsuçiyə həsr olunmuşdur.

Haqqında Məbəd və dağın adı yapon dilində eyni kancilərlə yazılsa da, dağ "Akiha", məbəd isə "Akiba" adı ilə tanınmışdır.

Məbəd VIII əsrin əvvəllərində yanğınlarla əlaqədar fəlakətlərdən qorunmaq məqsədilə tikilmişdir. 1868-ci ilə qədər bu məbəd bodhisattva Kannona həsr olunmuş Akiba buddist məbədi ilə assosiasiya olunurdu. Kannon şintoizm kamisi olan Kaqutsuçinin prototipi hesab olunur. Bu məbədin populyarlığı Edo dövründə Yaponiyanın şərqində artmış və Yaponiyada məbədin bir çox qolunun yaranmasına səbəb olmuşdur.

Hər ilin 15–16 dekabr tarixlərində məbəddə alov festivalı (himatsuri) keçirilir. Məbədin xəzinəsinə hamilər tərəfindən bağışlanmış 150-dən çox qılınc daxildir. Belə ki, yapon mifologiyasına görə İzanaqi Kaqutsuçini öldürmək üçün qılıncdan istifadə etmişdir.

Qalereya

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Şizuoka prefekturasındakı şintoist məbədləri Kateqoriya:Beppyo məbədləri