"Qaranlığın ürəyi" () — Polşa və İngiltərə yazıçısı Cozef Konradın 1899-cu ildə yazdığı macəra romanı. Roman ilk dəfə 1902-ci ildə ayrıca kitab kimi nəşr olunmuşdur.

Konradın yaradıcılığının mərkəzində "mədəni insanlar" və "vəhşilər" arasında çox da fərq olmadığı fikri dayanır. "Qaranlığın ürəyi" dolayısı ilə imperializm və irqçiliyi şərh edir.The Norton Anthology, 7th edition, (2000), p. 1957. Romanın süjeti Marlounun uğurlu fil sümüyü taciri Kurtsla bağlılığı haqqında izahatının əsasını təşkil edir. Konrad qaranlıq yerlər kimi "yer üzündəki ən böyük şəhər" olan London və Afrika arasında paralellər aparır.Chinua Achebe "An Image of Africa: Racism in Conrad's Heart of Darkness" in The Norton Anthology of English Literature, vol. 2 (7th edition) (2000), p. 2036.

Məzmun Hekayə Mərkəzi Afrikaya səyahətini xatırlayan protaqonist dənizçi Marlounun baxış bucağından nəql edilir. "Şirkət"in göstərişi ilə o, şirkətin fil sümüyü toplayan Kurts adlı agentlərindən birini özü ilə aparmaq üçün uzaqlarda yerləşən bir stansiyaya getməlidir. Kitabın əsas hissəsini Marlounun tropik çay boyunca avropalılara tamamilə naməlum ərazilərdə səyahəti haqqında məlumatları birinci şəxs baxış bucağından nəql etməsi təşkil edir. Onun hekayəsi həm yerli əhalinin həyatının, həm də uzaq bir müstəmləkədə tətbiq edilən əmrlərin qərəzli, lakin daha az qorxunc təfərrüatları ilə doludur. Bununla belə, protaqonist ən çox Kurtsun sözləri ilə "hər bir insanın ruhunun dərinliklərində gizlənən və sərbəst buraxıldığı halda onu tamamilə ram edən ibtidai instinktlərin təcəssümü"ndən qorxur.

Qeydlər

İstinadlar

Kateqoriya:1902-ci ilin əsərləri Kateqoriya:İngilis dilində romanlar Kateqoriya:Cozef Konrad Kateqoriya:Videooyunlara uyğunlaşdırılmış romanlar Kateqoriya:Filmlərə adaptasiya olunmuş Böyük Britaniya romanları Kateqoriya:Teatra adaptasiya olunmuş Böyük Britaniya romanları