Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi (CVMAC; ), həmçinin Vyetkonq (, – Vyetnam kommunizmi) — Vyetnam Fəhlə Partiyası Mərkəzi Komitəsinin 1959-cu il yanvar plenumunda qəbul edilmiş ölkənin cənubunda "silahlı üsyana" keçid haqqında qərarına uyğun olaraq qurulmuş, 1960–1977-ci illərdə Vyetnam müharibəsində döyüşən tərəflərdən biri kimi Cənubi Vyetnamda fəaliyyət göstərmiş hərbi-siyasi təşkilat.Национальный фронт освобождения Южного Вьетнама / М. А. Сюннерберг // Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов. — М. : Большая российская энциклопедия, 2004—2017. Vyetkonq VDR və Cənubi Vyetnam partizanlarının siyasi və ictimai xadimlərinə istinad etmək üçün istifadə edilən bir termindir. 1960-cı illərin axırlarından termin Amerika mediasında bütün Vyetnam kommunistlərinə istinad etmək üçün istifadə edilmişdir.Энциклопедия Кольера (Вьетнамская война)
Zəmin 1954-cü ildə Fransaya qarşı Hindçin müharibəsi başa çatdıqdan sonra Vyetnam iki yerə bölünmüşdür: Lao-Donq Kommunist Partiyasının rəhbərlik etdiyi Şimali Vyetnam və Cənubi Vyetnam. Birləşmə 1956-cı ildə azad ümumi seçkilərdən sonra baş tutmalı idi. 1955-ci ilin oktyabrında cənubda Vyetnam Respublikası elan edlmişdir. 1957-ci ilin payızında məxfi kommunist qüvvələri Cənubi Vyetnam hökumətinə qarşı silahlı mübarizəyə keçmişdir.
1959-cu ildə Şimali Vyetnam Cənubi Vyetnam partizanlarını dəstəkləməyə başlamış, onlara 1954-cü ildə şimala köçən cənublular arasından silah və məsləhətçilər göndərmişdir. Şimali Vyetnamın təqdim etdiyi versiyaya görə, 1960-cı ilin yanvarında Cənubi Vyetnamda Nqo Dinh Zyem hökumətini devirməyə yönəlmiş silahlı üsyan başlamışdır.
20 dekabr 1960-cı ildə "Cənubi Vyetnamın azad edilmiş rayonlarından biri"ndə keçirilən Vətənpərvər Qüvvələrin Konqresində Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi (CVMAC) yaradılmışdır.
İstinadlar
Əlavə ədəbiyyat
Xarici keçidlər НФОЮВ в Большой советской энциклопедии Пропагандистские листовки НФОЮВ Политическая программа НФОЮВ (1962 год)
Kateqoriya:Cənubi Vyetnam Kateqoriya:Vyetnam müharibəsi Kateqoriya:Partizan hərəkatları Kateqoriya:Vyetnam Kommunist Partiyasının tarixi
Kateqoriya:Vyetnam müstəqillik hərəkatı Kateqoriya:Kommunist partiyaları Kateqoriya:Milli azadlıq hərəkatı