Khmer-krom (, ) — Vyetnamda, Mekonq deltasında yaşayan xalq. Vyetnamda onlara "kho-me zıoy" (Khơ-me dưới), yəni "aşağı khmerlər" deyilir. 2006-cı il siyahıyaalınmasına görə, Vyetnamda 1,055,174 khmer-krom yaşayırdı. Mekonq deltasında khmerlər vyetnamlılardan sonra ikinci ən böyük etnik qrupdur.
Çoxsaylı müstəqil ictimai təşkilatlar khmer-krom hüquqlarının Vyetnam hökuməti tərəfindən mütəmadi olaraq pozulduğunu bildirir. Khmer-kroma etnik və dini səbəblərdən ayrı-seçkilik edilir, onlar adlarını Vyetnam dilinə uyğun olaraq dəyişmək məcburiyyətində qalırlar və həm də Vyetnam dilində danışmağa məcbur edilirlər.Human Rights Watch: «On the Margins: Rights and Abuses of Ethnic Khmer in Vietnam’s Mekong Delta» 2009
İstinadlar
Xarici keçidlər
Новости и информация по кхмер-кром Религиозное преследование кхмер-кром Kateqoriya:Khmer diasporu Kateqoriya:Kambocada yaşayan etnik qruplar Kateqoriya:Vyetnamda yaşayan etnik qruplar Kateqoriya:Etnik azlıqlar