Mahmud Teymur () () — Misir yazıçısı, dramaturqu, ədəbiyyatşünası. Qahirədə Ərəb Dili Akademiyasının fəal üzvü. Misir realist novella janrının banilərindən biridir. Məhəmməd Teymurun qardaşı olmuşdur.

Həyatı Mahmud Teymur 16 iyun 1894-cü ildə Qahirədə, Əhməd Teymurun ailəsində anadan olmuşdur. O, Ali Kənd Təsərrüfatı Məktəbində oxumuşdur. Teymur 1925-ci ildə əsərlərini çap etməyə başlamışdır. Onun ilkin əsərlərinə İlkin əsər İvan Turgenev, Anton Çexov və Qi de Mopassan təsir etmişdir. 1920–1930-cu illərdə yazdığı hekayələrində Misir cəmiyyətinin müxtəlif təbəqələrinin həyatını göstərmişdir.

İstinadlar

Əlavə ədəbiyyat Brockelmann C. Geschichte der arabisschen Litteratur. — Suppl. Bd 3. — Leiden, 1941. — S. 218–224, 255–256. Крачковский И. Ю. Избр. соч. — Т. III. — М.—Л., 1956. Современная арабская литература. — М., 1960. Борисов В. М. Современная египетская проза. — М., 1961.

Xarici keçidlər ТЕЙМУ́Р, Махмуд // Краткая литературная энциклопедия Махмуд Теймур в "Удобной библиотеке"

Kateqoriya:Misir yazıçıları