Viktor Raul Ayya de la Torre (; ) — Peru solçu siyasətçisi. O, milli-islahatçı Amerika Xalq İnqilabi Alyansı təşkilatçılarından və lideri olmuşdur.
Həyatı Viktor Raul Ayya de la Torre Perunun şimalında, Truxilyo şəhərində anadan olmuşdur 1913-cü ildə ədəbiyyat üzrə təhsil almaq üçün Truxilyo Milli Universitetinə daxil olmuş və burada məşhur Peru şairi Sezar Valyexo ilə tanış olur, onunla dostluq edir. Daha sonra Limadakı San-Markos Universitetinə daxil olmuş və burada universitetin inzibati islahatlarının aparılmasında mühüm rol oynamışdır. Bu islahatın bir hissəsi tələbələr tərəfindən tədris olunan işçilər üçün qiyabi kursların təşkili ilə bağlı idi. Ayya de la Torre tərəfindən işçilər üçün qurulan Qonzales Prada Xalq Universiteti sonralar onun APRA partiyasının əsasını təşkil etdiyi güman edilir.
Şəxsi həyatı Viktor Raul Ayya de la Torrenin qadınlarla heç bir əlaqəsinin olmaması ilə şəxsi həyatına diqqət çəkmişdir. O, evli olmayıb və çoxları onu homoseksual hesab edirdi. APRA görüşlərinin birində evlilik haqqında sual alanda demişdir: "APRA mənim həyat yoldaşımdır, siz isə (partiyanın üzvləri) mənim uşaqlarımsınız". Homoseksuallıq şübhələrindən onun siyasi rəqibləri katolik Peruda siyasi mübarizə aləti kimi istifadə edirdilər. Onun kişi və ya qadınla cinsi əlaqəsi haqqında dəqiq məlumat yoxdur.
İstinadlar
Əlavə ədəbiyyat Robert J. Alexander, "Victor Raúl Haya de la Torre and ‘Indo-America,’" in Prophets of the Revolution: Profiles of Latin American Leaders (New York: Macmillan Company, 1962), 75–108. Germán Arciniegas, “The Military vs. Aprismo in Peru,” in The State of Latin America (New York: Knopf, 1952), 79–94. John A. Mackay, "The APRA Movement," in The Meaning of Life: Christian Truth and Social Change in Latin America ( Eugene, OR: Wipf and Stock, 2014), 177–186. John A. Mackay, The Other Spanish Christ (New York: Macmillan, 1932), 193–198. Paul E. Sigmund, ed., Models of Political Change in Latin America (New York: Praeger, 1970), 180–187. “Víctor Haya de la Torre Is Dead; Elder Statesman of Peru Was 84,” Obituary (AP), New York Times, August 4, 1979, 24.
Xarici keçidlər
APRA's official site More photographs of Víctor Raúl Haya de la Torre
Kateqoriya:Peru sosialistləri Kateqoriya:Peru aktivistləri