Ağa xan Müqəddəm — XVI əsrin sonları və XVII əsrin əvvəllərində fəaliyyət göstərmiş Səfəvi hərbçisi və dövlət xadimi. Marağa hakimi kimi xidmət etmişdir. Həyatı Ağa xan mənşə etibarilə Qızılbaş türkman tayfalarından olan Otuzikilərin Müqəddəm qoluna mənsubdur. Müqəddəmlərin Ağa xanın da mənsub olduğu oymağı Qarabağda məskunlaşmışdı. Səfəvi hökmdarı I Abbas (1587-1629) Marağanın hakimi olan və kürd Mükri tayfasına mənsub Qubad xan Mükrini vəzifəsindən azad etdikdən sonra 1609-cu ildə bu vəzifəyə Ağa xan Müqəddəmi təyin etmişdir. Bundan sonra I Abbasın əmri ilə Marağada məskunlaşan Mükri tayfasına mənsub olan kürdlər qırğınlara məruz qalmış və şəhərin hakimliyi Qacarlar dönəminin sonuna qədər müxtəlif Müqəddəm tayfasından olma şəxslərə həvalə edilmişdir.

Həmçinin bax Marağa xanlığı Müqəddəm eli

Mənbə

Kateqoriya:XVII əsrdə vəfat edənlər Kateqoriya:Səfəvi bəylərbəyləri Kateqoriya:Səfəvi sərkərdələri