Kəndirqayış və ya Çıntırqayış — Azərbaycan mifologiyasında şeytani varlıq. Əsasən Naxçıvan Muxtar Respublikası ərazisində yayılmışdır.

Fəaliyyəti Şeytani varlıq olan Kəndirqayış miflərə görə axşamüstü yol kənarında insanların rastına çıxır. Uzun qolları var və arıqdır. Kəndirqayış yolçuların gözünə arıq, xəstə, köməksiz uşaq və ya qarı cildində görünür və onlardan kömək istəyir. Bədheybət uzun qollarını onu götürmək üçün əyilən yolçunun boynuna dolayır və onu sıxır. Digər bir halda isə qarı cildində olan Kəndirqayış yolçudan onu yolun digər ucuna keçirməsini istəyər. Yolçu onu qucağında yolun o biri tərəfinə keçirdikdən sonra bedhəybətin qolları uzanar və insanı elə sıxar ki, boğulub ölər.ORDUBAD FOLKLOR MÜHİTİ. Aytən Cəfərova. Azərbaycan Folklor İnstitutu. Bakı, 2016

Bədheybət Naxçıvan ərazisində Kəndirqayış, Sədərək rayonunda Çıntırqayış, Ordubad rayonunda isə Cıntırqeyiş adlanır. Çox sözə baxmayan və ağlayan uşaqları qorxutmaq üçün Naxçıvanda Kəndirqayış obrazından istifadə edilir.AXTARIŞLAR. Cild 13. AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN İNCƏSƏNƏT, DİL VƏ ƏDƏBİYYAT İNSTİTUTU. "Tusi", 2020. Bundan başqa Naxçıvan ərazisinə aid bir nağılda Kəndirqayış belə təsvir edilir:

Əl-ayağın uzanması Azərbaycan folklorunda geniş yayılmışdır. Kəndirqayış kimi Hal anasının keçi dönərgəsi Unuqay da bu xüsusiyyətə malikdir.

İstinadlar

Mənbə Ləman Vaqif qızı Süleymanova. Şəki folklor mühiti, Bakı, 2012. – 248 səh.

Kateqoriya:Azərbaycan mifologiyasında bədheybətlər