Uillis Yucin Lemb () — 1955-ci ildə "hidrogen spektrinin incə quruluşu ilə bağlı kəşflərinə görə" fizika üzrə Nobel mükafatını qazanan amerikalı fizik.
Həmin il Nobel Komitəsinin təqdim etdiyi mükafatı Lemb, "elektronun maqnit momentini dəqiq təyin etdiyinə görə" Polikarp Kuşla bölüşür. Lemb bir hidrogen atomunda elektron enerjilərində təəccüblü bir yerdəyişməni dəqiq müəyyən edə bilmişdi (bax Lemb sürüşməsi). Lemb Arizona Universitetinin Optik Elmlər Kollecinin professoru idi. Həyatı Lemb ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində anadan olub və Los Anceles Liseyində təhsil alıb. 1934-cü ildə Berkli Kaliforniya Universitetində kimya üzrə bakalavr dərəcəsini tamamlayır. C. Robert Oppenheymerin rəhbərliyi altında neytronların kristal tərəfindən səpilməsinə dair nəzəri işə görə o,1938-ci ildə fizika üzrə fəlsəfə doktoru dərəcəsini qazanır. O, nüvə nəzəriyyəsi, lazer fizikası və kvant mexanikasının yoxlanılması üzərində işləmişdir.
Lemb 1951-1956-cı illərdə Stenford Universitetində fizika professoru olaraq çalışıb. Lemb 1956-1962-ci illərdə Oksford Universitetində fizika üzrə professor olub, həmçinin Yel, Kolumbiya və Arizona Universitetlərində dərs deyib. 1963-cü ildə Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü seçilmişdir.
D.Kayzer Lembi "nadir nəzəriyyəçiyə çevrilmiş eksperimentalist" kimi vurğulayıb.D. Kaiser, Drawing Theories Apart: The Dispersion of Feynman Diagrams (University of Chicago, Chicago, 2005). Kvant fizikası Lemb sürüşməsi vasitəsilə kvant elektrodinamikasına mühüm və məşhur töhfəsinə əlavə olaraq, karyerasının son illərində o, kvant ölçmələri sahəsinə olan diqqətini daha da artırdı.W. E. Lamb, Quantum theory of measurement, Annals of the New York Academy of Sciences 480, 407-416 (1986).W. E. Lamb, Quantum theory of measurement, in Noise and Chaos in Nonlinear Dynamical Systems (Cambridge University, Cambridge, 1990) pp. 1-14. Lemb yazılarının birində "Kvant mexanikasından istifadə edən insanların çoxunun mövzunun təfsiri haqqında çox şey bilməyə ehtiyacı yoxdur." deyə qeyd edirdi. Lemb həmçinin kvant mexanikasına dair bir çox təfsir tendensiyalarını açıq şəkildə tənqid edirdi.W. E. Lamb, Super classical quantum mechanics: the best interpretation of nonrelativistic quantum mechanics, Am. J. Phys. 69, 413-421 (2001). Şəxsi həyatı 1939-cu ildə Lemb Latın Amerikasının tanınmış tarixçisi olan (və onun soyadını daşıyan) ilk həyat yoldaşı, alman tələbəsi Ursula Şeferlə evlənir.Andreas Daum, Hartmut Lehmann, James Sheehan (eds.), The Second Generation: Émigrés from Nazi Germany as Historians. With a Biobibliographic Guide. New York: Berghahn Books, 2016, , 12, 34, 36, 398‒99. accessed 5 July 2016. 1996-cı ildə Ursulanın vəfatından sonra o, fizik Bruria Kaufman ilə evlənsə də, sonradan onlar ayrılırlar. 2008-ci ildə o, Elsi Vattsonla evlənir.
Lemb 2008-ci il mayın 15-də 94 yaşında öd daşı xəstəliyinin ağırlaşması səbəbi ilə vəfat edir.
İstinadlar
Xarici keçidlər
Nekroloq, Arizona Universiteti, 16 May, 2008. Hans Bete Uillis Lemb haqqında danışır (video) Uillis E Lemb mükafatı Lazer Elmi və Kvant Optikası üçün. Məqalələr toplusu və qrup fotoşəkili Nekroloq: Uillis Lamb 94; Nobel mükafatı laureatı fizik Milli Elmlər Akademiyasının bioqrafik memuarı
Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri