link=//upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d1/The_Lekhuri_Hoard.jpg/220px-The_Lekhuri_Hoard.jpg|thumb| Lexuri dəfinəsi. Lexuri dəfinəsi () — 1947-ci ildə Gürcüstanda, Lexuri vadisində təsadüfən aşkar edilmiş qızıl sikkə dəfinəsi. Dəfinənin bir hissəsi salamat qalmışdır. Tərkibində Venesiya dukatları, Osmanlı sultaniləri və Səfəvi sikkələri var. Sultanilər Sultan I Süleyman, Səfəvi sikkələri isə I Təhmasib adına kəsilmişdir. Ən son 1548-1549-cu illərinə aiddir. Bu o deməkdir ki, dəfinə 1549-cu ildən sonra dəfn edilmişdir. Bu, Gürcüstanda Venesiya, Osmanlı və Səfəvi qızıl sikkələrinin peyda olması ilə bağlı ilk hadisədir. Dukatların tapılması Venesiya ilə Gürcüstanın əlaqələri haqqında yazılı mənbələri təsdiqləyir.ქებულაძე რ., ევროპული მონეტების მიმოქცევა საქართველოში XV-XVIII სს., თბ., 1971ქებულაძე რ., ქსე, ტ. 6, გვ. 209, თბ., 1983

İstinadlar

Kateqoriya:Gürcüstan arxeologiyası