– Yaponiya kimyaçısı, adrenalini saf şəkildə ayıra bilmiş ilk şəxs. "Yaponiyanın Tomas Edisonu" və "Yaponiyanın Pasteri" ləqəbləri ilə tanınır. ABŞ biotexnologiyasının qurucularından biri hesab olunur.

İlk illəri və təhsili Takamine Cokiçi 3 noyabr 1854-cü ildə Yaponiyanın qərb sahilində yerləşən bir qəsəbədə doğulmuşdur. 1866-cı ildə Qərb elmlərini öyrənməyə başlamış, 1878-ci ildə Yaponiya hökumətinin dəstəyi ilə Qlazqo Universitetində təhsil almaq hüququ qazanmışdır. Yaponiyaya qayıtdıqdan sonra Yaponiya Kənd Təsərrüfatı və Ticarət Departamentində işləməyə başlamışdır.

1884-cü ildə Nyu-Orleanda keçirilən Pambıq sərgisində iştirak etmək üçün seçilmişdir. Nyu-Orlean qaldığı evin sahibinin qızı Karolina Fild Hitçlə tanış olmuş və onunla evlənmişdir. Balayı üçün getdiyi Cənubi Karolinada gübrə zavodlarını, Vaşinqtonda isə patent hüququnu öyrənmişdir.

Karyerası Takamine Yaponiyaya qayıdandan sonra hökumətin dəstəyi ilə Tokio Süni Gübrə Şirkətini qurmuşdur. O, ABŞ-yə qayıtmaq istəsə də, oradakı gübrə istehsalı ilə rəqabət edə bilməyəcəyini düşünüb enzimologiya sahəsinə yönəlmişdir. 1890-ci ildə Çikaqoya köçərək bir içki zavodunda tədqiqatçı kimi işləməyə başlamış, burada süni göbələk kulturu metodu ilə distillə prosesini sürətləndirməyi bacarmış və "Bonzay" adlı viski növü yaratmışdır.

1894-cü ildə ABŞ-də ilk mikrobial ferment patentini almışdır. O, Nyu-Cersi ştatının Klifton şəhərində Takamine Tədqiqat Mərkəzini yaratmış və burada həzm dərmanı kimi istifadə olunan takadiastazanı almışdır. "Parke-Davis" şirkəti tərəfindən satılan bu dərman uğurlu olduqdan sonra Takamine şirkətin məsləhətçisi kimi işləməyə başlamışdır.

1898-ci ildə Nyu-York şəhərinə köçərək burada müstəqil laboratoriya qurmuşdur. 1901-ci ildə köməkçisi Keyzo Uenaka ilə birlikdə adrenalin hormonunu saf çəkildə ayırmış, beləliklə, hormon ayıra bilmiş ilk kimyaçı olmuşdur. Adrenalin və takadiastazadan əldə etdiyi gəlir sayəsində Yaponiyada bir, ABŞ-də iki şirkət qurmuşdur.

ABŞ–Yaponiya əlaqələri Takamine ABŞ–Yaponiya əlaqələrinin inkişafında da töhfələr vermişdir. 1905-ci ildə Nippon klubunun qurucu üzvü, 1907-ci ildə Manhettendə Yaponiya Cəmiyyətinin vitse-prezidenti olmuşdur. O, Nyu-York Yapon Assosiasiyasının qurucusu olmuş və dörd dəfə prezidenti seçilmişdir.

1909-cu ildə Vaşinqtonda Potomak çayı ətrafındakı bölgənin ABŞ-nin birinci xanımı Helen Herron Taft tərəfindən abadlaşdırdığını öyrənən Takamine ona Tokiodan gətirilmiş 2000 sakura ağacı hədiyyə etmişdir.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya ixtiraçıları Kateqoriya:Yaponiya kimyaçıları Kateqoriya:ABŞ-dəki Yaponiya qürbətçiləri Kateqoriya:Yaponiya Elmlər Akademiyası Mükafatı laureatları Kateqoriya:Alimlər Kateqoriya:Yaponiyadan ABŞ-yə mühacirət edənlər Kateqoriya:Yaponiyanın Roma katolikləri