Rex Orange County (əsl adı: Aleksandr Ceyms O'Konnor; ) — ingilis müğənni, mahnı yazarı, multi-instrumentalist. NPR Music jurnalisti Zoi Kons onun musiqisini "hip-hop, caz və bedrum popunun parlaq qarışığı" kimi təsvir edir.
Kiçik yaşlarında öz-özünə prodüserlik etməyi öyrənən Rex, 2015-ci ildə 16 yaşında olarkən “Bcos U Will Never Be Free” adlı debüt studiya albomunu çıxarıb. O, 2017-ci illərdə buraxdığı “Sunflower” və “Best Friend” mahnılarına görə məşhurlaşıb. Rex həmin il ikinci albomu olan “Apricot Princess”i təqdim etmişdir. Eyni il Rex ABŞ repçisi Tyler, the Creator ilə birlikdə iki mahnı səsləndirib. Bu mahnılar Taylerin “Flower Boy” albomunda yer alıb.
Rex 2019-cu ildə “Pony” adlı üçüncü albomunu yayımlayıb. Bu albom onun Billboard 200 cərgəsinə daxil olan ilk layihəsi olub və 3-cü yeri tutub. Onun 2022-ci ildə çıxardığı dördüncü albomu “Who Cares?” Birləşniş Krallıqda yaxşı nəticə göstərib və həmin cərgənin ön sıralarına düşüb.
Həyatı Aleksandr Ceyms O'Konnor 4 may 1998-ci ildə Nina və Fil O'Konnorun ailəsində dünyaya gəlib. Surrey qraflığının Heyzlmir yaxınlığındakı Qreyşot kəndində böyüyüb. O'Konnorun musiqiyə marağı gənc yaşlarından başlayıb. 5 yaşında olarkən anasının işlədiyi məktəbdə xorda iştirak edib. Öncə zərb alətlərində ifa etməyi öyrənmiş sonra isə fortepiano çalmağa başlamışdır.
Rex Orange County adı, ona müəllimi tərəfindən verilən "The OC" ləqəbindən gəlir. Rex Surrey ştatının Farnham şəhərindəki Frensham Heights məktəbində oxuyub.
Diskoqrafiya Studiya albomları Bcos U Will Never B Free (2015) Apricot Princess (2017) Pony (2019) Who Cares? (2022) The Alexander Technique (2024)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İngiltərə musiqiçiləri