Qraviti Fols () — Aleks Hirş tərəfindən yaradılmış ABŞ istehsalı cizgi serialı. Seriyalar 15 iyun 2012-ci ildən, 15 fevral 2016-cı ilə qədər Disney Channel və Disney XD kanallarında nümayiş olunub.
Serial Meyson "Dipper" Payns () və onun əkiz bacısı Meybl Paynsın () yay tətili üçün, Oreqonun müəmmalı, paranormal insidentlərin baş verdiyi, fövqəltəbii varlıqların yaşadığı Qraviti Fols qəsəbəsində yaşayan əmisi Stengilə () yollandıqdan sonra orada baş verən hadisələrdən bəhs edir. Uşaqlar Stenin sahib olduğu "Sirli daxma" () adlı turist tələsini işlətməkdə ona kömək edirlər və qəsəbədə baş verən sirləri araşdırırlar.
Hirş 20 noyabr 2015-ci ildə serialın iki sezonla yekunlaşacağını bildirdi, və bunun "öz seçimi olduğunu, ləğv olunmadığını – serialın artıq sona çatdığı" dedi. Serial 15 fevral 2016-cı ildə "Weirdmageddon 3: Take Back The Falls" adlı bir saatlıq seriya ilə final etdi.
"Qraviti Fols" rejissorluğuna, ssenarisinə, animasiyasına və yumoruna görə tənqidçilərin rəğbətini qazandı. Serial "Emmi", "Enni", "BAFTA Uşaqlar" mükafatına layiq görüldü və bir sıra mükafatlara namizəd oldu. 2015–2016-cı illər arasında uşaqlar, yeniyetmələr və gənclər arasında böyük populyarlıq qazanaraq, bir neçə dəfə reytinq rekordları qırdı.
Həmçinin bax Bayquş evi Hazban Hotel Gravity Falls Season 1-4 Wander Over Yonder Season 1-4 Penn Zero Part-Time Hero Sason 1-3 Disney XD Shows Disney Channel Shows Nickelodeon Shows Cartoon Network Shows DreamWorks Television
Blu-ray
İstinadlar
Kateqoriya:Disney Channel orijinal proqramları Kateqoriya:Fentezi teleserialları Kateqoriya:Animasiya serialları Kateqoriya:Dram teleserialları Kateqoriya:Komediya teleserialları Kateqoriya:Macəra teleserialları Kateqoriya:Uşaq teleserialları