Mühasirə günü: 11 sentyabr 1683-cü il (ing: The Day of the Siege: September Eleven 1683, pol: Bitwa pod Wiedniem, it: 11 settembre 1683) — polyak-italyan müştərək istehsalı olan tarixi-dram janrında çəkilmiş olan filmdir. Film 2012-ci ildə ingilis dilində çəkilmişdir. Filmin rejissoru Renço Martinellidir.

Süjet xətti

Film 1683-cü il sentyabrın 11-də Yan Sobieskinin komandanlığı altında olan Müqəddəs Liqa ordusunun Osmanlı İmperiyasının Avstriyanın paytaxtı Vyananı və oradan da Avropanın digər ərazilərini işğal etməsi planlarını pozduğu Vyana döyüşünü və bu döyüş zamanı Avropada baş verən hadisələri göstərir. Eyni zamanda bu hadisələr zamanı Xristian Avropasında rahib Marko d'Avianonun oynadığı rola da diqqət yetirilir.

İstinadlar Kateqoriya:İstanbul haqqında filmlər Kateqoriya:XVII əsr haqqında tarixi filmlər Kateqoriya:Almanca filmlər Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:2012-ci ilin dram filmləri Kateqoriya:İngilis dilində macəra dram filmləri Kateqoriya:İtaliyada çəkilən filmlər Kateqoriya:Fransada çəkilən filmlər Kateqoriya:Polşada çəkilən filmlər Kateqoriya:İtaliyanın dram filmləri