Karin Jan-Pyer () — 13 may 2022-ci ildən Ağ Evin mətbuat katibi vəzifəsində çalışan amerikalı siyasi məsləhətçi. O, Ağ Evin mətbuat katibi olan ilk qaradərili və ilk açıq LGBTQ insanıdır. O, əvvəllər 2021-ci ildən 2022-ci ilə qədər sələfi Cen Psakinin mətbuat katibinin müavini və 2020-ci il prezidentlik kampaniyası zamanı ABŞ-nin vitse-prezidentliyinə namizəd Kamala Harrisin aparat rəhbəri vəzifəsində çalışıb.
İstinadlar
Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri Kateqoriya:Afroamerikalılar