thumb|Barın gecə görünüşü. – Yaponiyada açılmış ilk bar. 1880-ci ildən fəaliyyət göstərir.

Tarixi Kamiya barı 1880-ci ildə Kamiya Denbey adlı pivəçi tərəfindən Tokionun Asakusa rayonunun Kaminari darvazası yaxınlığında qurulmuşdur. İlk adı Mikahaya sake dükkanı olsa da, 1912-ci ildə adı Kamiya barı olmuşdur. Bar şəhərin məşğul küçələrinin birində yerləşdiyi üçün populyar içki yerlərindən birinə çevrilmişdir.

Tayzo Fucimoto 1914-cü ildə yazdığı "Yaponiyanın gecə həyatı" əsərində qeyd etmişdir ki, "Kamiya barı öz zavodlarında hazırladıqları çox ucuz likör təklif edirək müştərilərini məmnun edirdi". Kamiya barının müştəriləri ancaq pivə və viski deyil, barın adlı xüsusi kokteylinin dadına baxırdılar. İlk dəfə 1882-ci ildə istehsal olunan kokteyl brendi, cin, şərab, kürasao, vermut və otlardan ibarədir.

1921-ci ildə barın yeni binası istifadəyə verilmişdir. 1970-ci ildə üçüncü mərtəbədə kappo restoranı açılmışdır. 2011-ci ildə Kamiya barının əsas binası Yaponiyanın qeydiyyata alınmış maddi mədəni mülkü elan edilmişdir.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Kateqoriya:Yaponiyada pivə Kateqoriya:Barlar Kateqoriya:Tokio restoranları Kateqoriya:Yaponiyanın qeydiyyata alınmış maddi mədəni mülkləri Kateqoriya:Tayto