Natəvan Namik qızı Babayeva () — telejurnalist, aparıcı.

Haqqında Natəvan Babayeva 12 oktyabr 1977-ci ildə Bakı şəhərində anadan olub. Valideynləri əslən Salyan rayonundandır. 1984–1994-cü illərdə Xətai rayonu 204 saylı orta məktəbində təhsil almışdır. 1994–1998-ci illərdə Bakı Dövlət Universitetinin bakalavr pilləsini və 2001-ci ildə magistraturada jurnalistika fakültəsini bitirmişdir. O, qısa müddət "Sara Xəbər"də çalışıb. 24 avqust 2000-ci ildən 18 iyul 2016-cı ilə kimi ANS TV-də çalışıb. Daha sonra isə Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı kimi fəaliyyətini davam etdirib.

20 iyul 2023-cü ildə uzun sürən xərçəng xəstəliyindən vəfat edib. Salyanın Parça Xələc kəndində dəfn olunub.

İstinadlar

Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanda xərçəng xəstəliyindən ölənlər Kateqoriya:Azərbaycan qadın jurnalistləri