Qarri İzraileviç Abelyev (; )Умер основоположник молекулярной диагностики рака академик Абелев // «РИА Новости», 24 декабря 2013 — SSRİ və Rusiya biokimyacı, immunoloq, onkoloq, Rusiya Elmlər Akademiyasının akademiki (2000).

Həyatı Qarri İzraileviç Abelyev 10 yanvar 1928-ci ildə Moskvada anadan olmuşdur. 1945–1950-ci illərdə Moskva Dövlət Universitetinin Biologiya və Torpaq fakültəsinin Bitki biokimyası fakültəsini bitirmişdir. 1950-–-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının N. F. Qamaleya adına Epidemiologiya və Mikrobiologiya İnstitutunda işləmişdir. O, biokimyəvi şöbəyə hazırlıqçı kimi qəbul edilmişdir, sonra Lev Zilberin şişlərin virusologiyası və immunologiyası şöbəsinə keçmiş, burada laboratoriya müdirinə qədər öz yolunu tutmşdur. Abelyev Zilverin ölümündən sonra şöbəyə rəhbərlik etmişdir. 1964–2006-cı illərdə Moskva Dövlət Universitetinin biologiya fakültəsinin virusologiya kafedrasında immunokimyadan (1964-cü ildən), molekulyar və hüceyrə immunologiyasından (1996-cı ildən) dərs demişdir. 1977-ci ildən N. N. Bloxin adına Rusiya Xərçəng Araşdırma Mərkəzinin İmmunokimya laboratoriyasının müdiri olmuşdur. 1955-ci ildə "Şiş toxumasının müəyyən fraksiyalarının tədqiqi üçün eksperimental materiallar" mövzusunda namizədlik, 1963-cü ildə "Şişlərin antigen quruluşunun ayrı-ayrı antigenlər səviyyəsində tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 22 elmlər namizədi və 4 elmlər doktoru hazırlamışdır. 23 dekabr 1987-ci ildə SSRİ Elmlər Akademiyasının biokimya, biofizika və fizioloji aktiv birləşmələrin kimyası (immunologiya) şöbəsinə müxbir üzvü seçilmişdir. 26 may 2000-ci ildən Rusiya Elmlər Akademiyasının Fiziki və Kimyəvi Biologiya Bölməsinin akademiki olmuşdur.

Qarri Abelyev 23 dekabr 2013-cü ildə Moskvada vəfat etmişdir. Vostryakovski qəbiristanlığında dəfn edilmişdir.

İstinadlar

Xarici keçidlər http://garriabelev.narod.ru Профиль Гарри Израйлевича Абелева на официальном сайте РАН Статья Г. И. Абелева «Этические проблемы современной российской науки» Рассказ Г. И. Абелева о том, как его вербовали в КГБ, и о других драматических страницах истории иммунологии опухолей Статья Г. И. Абелева «Моноклональные антитела»

Kateqoriya:Rusiya onkoloqları Kateqoriya:SSRİ onkoloqları Kateqoriya:SSRİ səhiyyə əlaçıları Kateqoriya:Moskva Dövlət Universitetinin müəllimləri Kateqoriya:SSRİ EA-nın müxbir üzvləri