Məcid Oruc oğlu Ağayev () — çoban, Azərbaycan uzunömürlüsü.

Həyatı Sovet məlumatlarına görə, Məcid Ağayev 1835-ci ildə Talış xanlığının Tikəband kəndində (indiki Azərbaycanın Lerik rayonu) anadan olub..

1840-cı illərdə kəndə quldurlar hücum edir və M. Ağayev Tehran şəhərində kölə kimi aparılır. Sonradan doğma kəndinə qayıtmışdır.

O, əmək fəaliyyətinə 1847-ci ildə başlayıb."Альманах кинопутешествий" № 127, сюжет 2 — "Лерик — родина долгожителей" Oktyabr inqilabından sonra Məcid kolxozda çoban kimi işə düzəlir. 1972-ci ildən Ümumittifaq pensiyasına çıxmışdır.

Lerik rayon Sovetinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri olmuşdur.

1973–1978-ci illərdə SSRİ-nin ən yaşlı insanı olmuşdur.

O, 1978-ci ildə 143 yaşında vəfat edib.

"Kino səyahətləri almanaxı" telejurnalının 127-ci nömrəsinin süjetlərindən biri də Məcid Ağayevə həsr olunub.

Ailəsi Məcid Ağayev ilk dəfə 1860-cı illərin əvvəllərində ailə həyatı qurmuşdur. Məcidin birinci həyat yoldaşından səkkiz övladı olmuşdur. Ağayevin birinci arvadı vəba epidemiyası nəticəsində dünyasını dəyişib.

İkinci dəfə Məcid Ağayev 1905-ci ildə 15 yaşlı Kinənəzla ailə həyatı qurmuşdur. Ağayevin ikinci həyat yoldaşından yeddi övladı olmuşdur.

Ən böyük oğlu 1868-ci ildə anadan olub. Ağayevin sonuncu övladı Şirinbacı adlı qızı olub, 1941-ci ildə Ağayevin 104 yaşı olanda dünyaya gəlib.

Rejissor və prodüser İntiqam Hacılı Məcid Ağayevin qız nəvəsidir.

Həmçinin bax Şirəli Müslümov Mahmud Eyvazov Lerik Uzunömürlülər Muzeyi

İstinadlar

Kateqoriya:Azərbaycan uzunömürlüləri Kateqoriya:Talış uzunömürlülər Kateqoriya:Azərbaycan talışları Kateqoriya:143 yaşında vəfat edənlər Kateqoriya:Azərbaycan çobanları